Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran məmurlarının Argentinada dindirilməsinə icazə vermir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İran məmurlarının Argentinada dindirilməsinə icazə vermir

İran məmurlarının Argentinada dindirilməsinə icazə vermir


İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib ki, ölkəsi 7 vətəndaşının Argentina məhkəməsi tərəfindən sorğulanmasına icazə verməyəcək. Onlar 1994-cü ildə Buenos-Ayresdəki Yəhudi Mədəniyyət Mərkəzinin partladılmasında şübhəli bilinirlər. Bu günlərdə Argentinanın xarici işlər naziri Ektor Timmerman İranın müdafiə naziri Əhməd Vahidinin dindirilməsilə bağlı rəsmi Tehranın icazə verdiyini söyləmişdi. Bundan başqa, hakim Rodolfo Kanikoba Korralla yanaşı, prokuror Alberto Nisman da həmin terror aksiyasını araşdırmaq üçün İrana səfər etməlidir. Ramin Mehmanpərəst isə qeyd edib ki, bu xəbər gerçəkliyə uyğun deyil.
Xatırladaq ki, Argentina hakimiyyəti İnteropol vasitəsilə 8 iranlının, o cümlədən keçmiş prezident Ələkbər Haşimi Rəfsəncani, keçmiş xarici işlər naziri, ayətullah Xamneyinin müşaviri Ələkbər Vilayəti və müdafiə naziri Əhməd Vahidinin həmin terrorda iştirakıyla bağlı həbs edilələklərinə səy göstərəcəyini bildirmişdi. Qeyd edək ki, İsrail hakimiyyəti Argentina məhkəməsinin 1994-cü ildə Buenos-Ayresdə Yəhudi Mədəniyyət Mərkəzi yaxınlığında baş vermiş partlayışla bağlı cinayət işinin araşdırılmasının gedişinə etirazının bildirmişdi. İsrail rəsmiləri Argentina hakimiyyətilə İranın bu məsələdə razılığa gəldiklərini iddia edir. Bir müddət öncə baş vermiş partlayışı 5 xarici mütəxəssisin araşdıracağı bildirilmişdi. Ehtimal olunur ki, həmin komissiyaya İran və Argentina vətəndaşları daxil edilməyəcək. İsrail tərəfi araşdırmanın qərəzsiz aparılacağından şübhələndiyini gizlətmir. İsrail Xarici İşlər Nazirliyi Argentinanın bu ölkədəki səfirinə məsələylə bağlı öz etirazını artıq bildirib.
Xatırladaq ki, 1994-cü il iyulun 18-də Buenos-Ayresdə Yəhudi Mədəniyyət Mərkəzinin yerləşdiyi 7 mərtəbəli binanın qarşısında avtomobilin partladılması nəticəsində 85 nəfər, 1992-ci ildə isə İsrailin bu şəhərdəki səfirliyinin binası yaxınlığındakı partlayışda 29 nəfər həlak olmuşdu. Argentinada aparılan araşdırmanın gəldiyi nəticəyə əsasən, bu partlayışlarda bir neçə İran vətəndaşı iştirak edib. Ancaq Tehran hakimiyyəti bu qanlı olaylarla bağlı ünvanına deyilənlərin təkzib etməkdədir.

Geri dön