Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qara plyonkaların idxalına qadağa qoyula bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Qara plyonkaların idxalına qadağa qoyula bilər

Qara plyonkaların idxalına qadağa qoyula bilər


Vüqar Bayramov: “İdxalın qadağan edilməsi real görsənmir”

Vaqif Əsədov: «sürücülər qara örtüklərdən istifadə etməkdən yorulmursa, biz də onlara inzibati qaydada cərimə-cəza tətbiq etməkdən yorulmayacağıq”

.
Fevralın 12-də ölkə başçısı İlham Əliyevin məlum çıxışından sonra olan rəngli örtüklərin sökülməsinə start verilib. Artıq neçə gündür ki, paytaxt küçələrində hərəkət edən avtomobillər Dövlət yol polis işçiləri tərəfindən yoxlanılır. Avtomobildə olan rəgli örtüklər sökülür. Ancaq onu da qeyd etmək lazımdır ki, bəzi maşınların şüşələri tünd rənglidir. Təbii ki, belə olan halda həmin avtomobilin şüşəsini sökmək olmaz. Ekspertlər avtomobillərdə qara örtük və plyonkalardan istifadənin tam dayandırılması üçün müxtəlif varinatlar irəli sürür. Həmin təkliflərdən biri də belə plyonkaların satışdan çıxarılması və idxalına qadağa qoyulmasıdır. İqtisadçı ekspert Vüqar Bayramov bununla bağlı bildirdi ki, qara plyonkaların idxalına tamamilə qadağa qoyulması kifayət qədər çətindir: “Qara plyonkalar təkcə avtomobillər üçün deyil, digər məsələlər üçün də istifadə oluna bilir. Təbii ki idxalın qadağan edilməsi real görsənmir. Mən idxalın qadağa olunmasının tərəfdarı deyiləm”.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov qara plyonka və örtüklərdən istifadəsinin qadağası barədə dedi ki, qara plyonkaların bir dəfəlik istifadəsini «Yol hərəkəti haqqında» qanun qadağa edir: “Sürücülər bunu dərk etməlidir. Bu gün əgər sürücülər qara örtüklərdən istifadə etməkdən yorulmursa, biz də onlara inzibati qaydada cərimə-cəza tətbiq etməkdən yorulmayacağıq. Bu məsələnin kökündən həll olunması üçün sadəcə sürücülər arasında geniş şəkildə təbliğat işlərinin aparılmasına ehtiyac var. Bunun üçün də KİV-inin nümayəndələri bizə şərait yaratmalıdır. Təəssüf ki, qara plyonkaların bir dəfəlik qadağan olunması mümkün deyil”.
Bakıda və rayonlarda aparılan reydlər barədə son məlumatı da çatdıran Vaqif Əsədov qeyd etdi ki, bu günə xeyli qara plyonkalı avtomobillər və onlardan istifadə edən sürücülər aşkarlanıb və məsuliyyətə cəlb olunub: “Bu gün yenə də tədbirlərimiz davam etdirilir. Yanvarın 1-dən fevralın 11-nə qədər 1145 pərdə, plyonkaya görə isə son 3 gündə 500-ə yaxın sürücü məsuliyyətə cəlb edilib”.



Aytən İsaqızı

Geri dön