Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda güclü zəlzələ gözlənilir?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm > Azərbaycanda güclü zəlzələ gözlənilir?

Azərbaycanda güclü zəlzələ gözlənilir?


Lənkərandakı zəlzələdən sonra bir sıra xırda təkanlar qeydə alınıb.

Bu fikirləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli media nümayəndələrinə açıqlaması zamanı deyib.

O qeyd edib ki, baş verən zəlzələ Qarabağda da hiss olunub. Amma ciddi dağıntı qeydə alınmayıb.
“Əhali narahat olmasın. Güclü zəlzələ gözlənilmir”, - deyə o qeyd edib.
Qeyd edək ki, mayın 11-də Lənkəranda 5,3 bal gücündə zəlzələ olub. Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.

Geri dön