Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın şəffaflığa dair iqlim hesabatı COP29-dək təqdim olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycanın şəffaflığa dair iqlim hesabatı COP29-dək təqdim olunacaq

Azərbaycanın şəffaflığa dair iqlim hesabatı COP29-dək təqdim olunacaq


Azərbaycanın iqlim dəyişmələri ilə əlaqədar olaraq şəffaflığa dair iki illik hesabatı (BTR) COP29-dək təqdim olunacaq.

Bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Azərbaycanın COP29-a sədrliyi çərçivəsində şəffaflığa dair iki illik hesabatların hazırlanması zamanı etimadın möhkəmləndirilməsi və potensialın kəşf edilməsi üzrə təlim seminarında deyib.

"Hazırda Azərbaycanın iqlim dəyişmələri ilə əlaqədar olaraq iki illik hesabatı hazırlanır və COP29-dək təqdim olunacaq. Bu, Azərbaycanın iqlim sahəsində öhdəliklərin icrasına sadiqliyini əyani şəkildə nümayiş etdirir", - deyə o bildirib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

Geri dön