Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nadir sikkə kolleksiyası 100 ildən sonra hərraca çıxarılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Nadir sikkə kolleksiyası 100 ildən sonra hərraca çıxarılacaq

Nadir sikkə kolleksiyası 100 ildən sonra hərraca çıxarılacaq


Danimarkada 72 milyon dollardan çox dəyəri olan nadir sikkə kolleksiyası 100 ildən sonra hərraca çıxarılacaq.

Danimarkalı sikkə kolleksiyaçısı Lars Emil Bryun hələ uşaqlıq illərində - 1850-1860-cı illərdə sikkə kolleksiyası yaratmağa başlayıb. O, topdan yağ satışı nəticəsində əldə etdiyi gəlirin hesabına 20 min sikkədən, medal, jeton və Danimarka, Norveç və İsveç əsginaslarından ibarət böyük kolleksiya toplayıb.

Kolleksiyanı bazara çıxarılan ən qiymətli qlobal sikkə kolleksiyası adlandıran ABŞ hərrac evi tezliklə Bryunun kolleksiyasını satmağa hazırlaşır.

Kolleksiya hərraca çıxarılmazdan əvvəl Danimarka Milli Muzeyinə yeddi sikkə almağa icazə verilib.

“Yeddi sikkənin hamısı özünəməxsus şəkildə unikaldır və çox yaxşı qorunub saxlanılır. Milli Muzeydə mövcud olan sikkələr kolleksiyasını tamamlamaq üçün diqqətli seçim etdik”, - deyə mətbuat üçün açıqlamada Milli Muzeydə sikkələr və medalların kolleksiyasına cavabdeh olan Helle Horsnesin sözləri sitat gətirilir.

Birinci Dünya müharibəsinin sonunda Bryunun vəsiyyətində sikkə kolleksiyası ilə bağlı ciddi göstərişlər yer almışdı.

“Ölümümdən sonra 100 il ərzində bu kolleksiya Kral Sikkə və Medal Kolleksiyası üçün ehtiyat kimi xidmət edəcək. Bununla belə, əgər növbəti əsrdə milli kolleksiya toxunulmaz qalarsa, o, açıq hərracda satılacaq və əldə olunan gəlir mənim birbaşa varisim olan şəxslərə veriləcək”, - deyə Lars Emil Bryun vəsiyyət edib.

Geri dön