Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həddad Adilin şeirində Təbrizin farsdilli şəhər kimi tədim olunması etiraza səbəb olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Həddad Adilin şeirində Təbrizin farsdilli şəhər kimi tədim olunması etiraza səbəb olub

Həddad Adilin şeirində Təbrizin farsdilli şəhər kimi tədim olunması etiraza səbəb olub


İranda 6-cı sinifin (klas) yeni Fars Dili dərsliyində dərc edilən “Ey Fars Dili” adlı şeirdə Təbrizin farsdilli bir şəhər kimi təsviri etirazlara səbəb olub.
İranın Xəbər Media Qrupu veb səhifəsinin yazdıqlarına görə, Azərbaycan müəllimiləri “Biz şagirdlərimizə necə deyək ki, sizin ana diliniz Tehran və Kabil əhalisinin ana dili kimi farscadır? Axı Təbriz əhalisinin ana dili türkcədir!”-deyə şeirə etiraz edirlər.
6-ci sinif dərsliyinin həm içi, həm arxa cildində dərc edilən “Ey Fars Dili” şeirinin müəllifi Qulaməli Həddad Adil keçmişdə İran Parlamentinin başqanı, habelə Fars dili və Ədəbiyyatı Akademiyasının sədri olub və İranın dini lideri Seyyid Əli Xameneyiyə ən yaxın adamlardan biri kimi tanınır. Bəzi xəbər saytları gələcək prezident seçkilərində Həddad Adilin nəmizəd ola biləcəyi ilə bağlı məlumat verib.
“Ey Fars dili, ey Dəri dənizinin dürdanəsi, ey ata-babalardan bizə qalan irs, ey ana dilimiz!” beyti ilə başlayan şeirin 3-cü beytində Tehran, Kabil, Xücənd, Nişapur, Bəlx və Təbriz kimi şəhərlər farsdilli bölgələr kimi qeyd edilib.

Geri dön