Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Atmosferdə karbon dioksid daha sürətlə toplanmağa başlayıb
Atmosferdə karbon dioksid daha sürətlə toplanmağa başlayıb |
Karbon dioksid atmosferdə daha sürətlə toplanmağa başlayıb. Oreqon Dövlət Universiteti əməkdaşlarının “Proceedings of the National Academy of Sciences” jurnalında dərc etdirdiyi məlumatlara əsasən, 50 min il ərzində havanın zərərli tullantılarla yüklənməsi 10 dəfə sürətlənib.
Alimlər Antarktika buzlağında yığılmış qədim atmosfer qazlarının öyrənilməsi zamanı bu qənaətə gəliblər. Tədqiqatçılar təxminən 10 min il əvvəl sona çatan son buzlaşma dövründə karbon dioksid səviyyəsinin bir neçə dəfə əhəmiyyətli dərəcədə artdığını və bu zaman Şimali Atlantikada kəskin soyuma müşahidə edildiyini aşkarlayıblar. Elmdə belə bir fenomen “Henri hadisəsi” adı ilə tanınır. Nəşrin məlumatına görə, bu cür hadisələr təxminən yeddi min ildən bir baş verir. Alimlər hesab edirlər ki, bu gün karbon qazının atmosferdə toplanmasının sürətlənməsi prosesi 5-6 ildən çox davam etməyəcək. Eyni zamanda, əvvəllər zərərli tullantılar Cənub okeanı tərəfindən kifayət qədər fəal şəkildə mənimsənilirdisə, indi mütəxəssislər buna şübhə ilə yanaşırlar: yaxın əsrin perspektivində iqlim böhranı qərb və cənub küləklərinin güclənməsinə səbəb olacaq. Geri dön |