Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İlham İsmayıl: “Agentura xarici kəşfiyyata, mütəşəkkil cinayətlərə və s. qarşı istifadə olunur”- Müsahibə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb, Müsahibə > İlham İsmayıl: “Agentura xarici kəşfiyyata, mütəşəkkil cinayətlərə və s. qarşı istifadə olunur”- Müsahibə

İlham İsmayıl: “Agentura xarici kəşfiyyata, mütəşəkkil cinayətlərə və s. qarşı istifadə olunur”- Müsahibə


Müsahibimiz Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, politoloq İlham İsmayıldır.


- Sizcə, indiki məqamda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) arxivlərinin (arşiv) açılması düzgün addım olardı?

- MTN-in arxivi açıqdı. Hər bir mütəxəssis müvafiq icazədən sonra mövcud arxiv materialları ilə tanış ola bilər. Əgər məxfi əməkdaşların, konkret(dəqiq, müşəxxəs) olaraq agentura (casus) şəbəkəsinin açılmasını nəzərdə tutursunuzsa, bu arxiv sayılmır. Agentura şəbəkəsinin nə dünən, nə siz dediyiniz kimi indiki məqamda, nə də sabah açılması mümkün deyil, olmaz.


- Ümumiyyətlə, belə bir addım atılarsa, bu cəmiyyətə nə verəcək?

- Belə bir addım cəmiyyətə pis təsir edəcək. Tanıdıqları adamların, tanınmışların, hətta cəmiyyətin dəyər verdiyi insanların qəflətən KQB agenti çıxması uzun müddət gərginlik yarada bilər. Avtoritar (istibdadi), totalitar rejimlərdə fərqli düşünənlərə, müxalif danışanlara qarşı agenturadan istifadə ediblər və edirlər.
Yalnız demokratik cəmiyyətlərdə belə bir problem yaşanmır. Çünki,demokratik cəmiyyətlərdə fikir plüralizmi mövcuddu və bu istiqamətdə agentə ehtiyac yoxdu. Demokratik ölkələrin vətəndaşları heç vaxt bu tələblə çıxış etmirlər, çünki müxalif düşünən şəxslərə qarşı agenturadan istifadə olunmur. Agentura xarici kəşfiyyata, mütəşəkkil cinayətlərə və s. qarşı istifadə olunur.


- Bəzən deyirlər ki, bu addım ölkədaxili müharibəyə gətirib çıxara bilər. Bundan sonrakı hadisələri necə proqnozlaşdırırsınız (öngörürsünüz)?

- Müharibəyə gətirib çıxarmasa da ailələrdə, cəmiyyətdə fəlakət yaşana bilər. Tutaq ki, bir nəfərin adını açıqladılar. Qohumları bilib üz döndərəcəklər, qonşuları tələb edəcək ki, köçsün, ailələr dağılacaq. MTN işi çətinləşəcək, ölkənin təhlükəsizliyi təhlükəyə məruz qalacaq. Bu ölkənin o qədər problemi var ki, agentura arxivinin açılması ən sonuncudu.

Söhbətləşdi: Elnur Eltürk

Geri dön