Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev > Siyasi partiyalar haqqında Azərbaycan Respublikası qanununun tətbiqi məsələləri adlı tədbirdə Fərəc Quliyevin çıxışı
Siyasi partiyalar haqqında Azərbaycan Respublikası qanununun tətbiqi məsələləri adlı tədbirdə Fərəc Quliyevin çıxışı |
16.05.2024-cü il tarixində “Siyasi partiyalar haqqında Azərbaycan Respublikası qanununun tətbiqi məsələləri” adlı tədbirdə Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının sədri Fərəc Quliyevin çıxış etmişdir.
Həmin çıxışın mətnini təqdim edirik: Hörmətli Ədalət müəllim,hörmətli tədbir iştirakçıları, Bu günkü tədbir dialoq platformasında atılan yeni addım kimi də qiymətləndirilə bilər.Dialoq təhlükəsizlik elementidir. Bir haşiyə çıxım. Mən 2002-ci ildə “dalaşmaqdan əvvəl danışmaq lazımdır” tezisi ilə çıxış etdim. Və təəssüf ki, o zaman bu fikir bir çox müxalifət qüvvələri tərəfindən qərəzli şəkildə süngü ilə qarşılandı. Amma sonradan ,öz dövlətinin çıxarları naminə dialoqdan imtina edənlər 2010-cu ildə Almaniyada - Potsdamda erməni partiyaları ilə əməkdaşlıq, 2013-cü ildə isə digər müxalifət partiyası Moskvada Cərrahiyyə institutunda Azərbaycana qarşı yaradılmış “Milyarderlər ittifaqı” ilə memorandumlar imzaladılar. Başqa ölkələrə uşaqlıq etdilər. Başqa dövlətlərə uşaqlıq edənlər,öz dövlətinə böyüklük etmək iddiasında ola bilməz. Dialoqdan imtina edən bəziləri İndi ictimai sazişlə bağlı çağırış edirlər. İctimai sazişə indi heç bir ehtiyac yoxdur. Mən 22 il əvvəl müxalifət və iqtidar arasında ictimai saziş,Qarabağla bağlı ildırımötürücü memorandum təklif etmişdim. İctimai saziş o zaman lazım idi. Təklifin mahiyyəti belə idi: müxalifət Qarabağ kartından hakimiyyətə gəlmək üçün sui istifadə etməyəcək. Hakimiyyət isə Qarabağ məsələsini milli maraqlara uyğun həll edəcək. Artıq Qarabağ problemi yoxdur. Problem tam olaraq milli maraqlara uyğun həll edilib. İqtidar müxalifət münasibətlərini tənzimləyən hüquqi baza - “Siyasi partiyalar haqqında” qanun da mövcuddur, İctimai platforma olaraq isə çoxdan baş tutmuş ictimai saziş - dialoq platforması var. Ona görə də indi xüsusi bir İctimai sazişə də ehtiyac qalmayıb. İqtidar-müxalifət arasında dialoq milli təhlükəsizlikdə vacib elementdir. Ölkənin qılafı hərbi, iqtisadi, diplomatik gücü ilə möhkəmlənirsə, daxili möhkəmliyi barışa söykənən sabitlikdir. Bizim partiya olaraq ana prinsipimiz qütblükdən imtina, vətənçilik anlamında birlikdəlikdir,barışdır,müxtəlifliklərin vəhdətidir. Təbii ki, cəmiyyətdə fərqliliklər çoxdur: Zehniyyət; Milli kimlik;Təriqət; Din fərqliliyi və s. Amma hamı güclü, müstəqil, rifahlı, demokratik, bütöv Azərbaycan istəyir. Mütləq əksəriyyət müxtəlif dünyagörüşlü, müxtəlif çözüm yolları təklifində fərqlilik sərgiləsə də son mənzili fərqli hədəfləmirlər. Ona görə də fərqliliklərin özünü də hədəf . uğruna birlikdəlik elementinə çevirmək lazımdır və mümkündür. Fərqliliklərin vəhdətini təmin edən resepti tapmaq və reallaşdırmaq olduqca incə və çətin, məsuliyyətli məsələdir. Hörmətli Ədalət Vəliyev və komandası problemcə bütövləşmə (ölkə problemini özününki olduğunu qəbullanma, birlikdə çözmə) reseptini tətbiq etdi və uğurlu alındı. Problemcə bölünməyənlər ruhən də bölünməzlər yanaşması özünü doğrultdu. Hər kəs problemin təkcə hakimiyyət, müxalifət və ya qeyri-siyasilərin deyil hamıya məxsusluğunu qəbullandı. Məhz bundan sonrakı münasibətlər də bu problemlərin birgə həllində iştirakçılıqda təzahür etdi. Çünki hamıya aydın idi ki, gəmiçi kim olur-olsun Azərbaycan gəmisi zərər görərsə dövlət ölüm qalım dilemması yaşayar.Bu hamının taleyidir. Bundan sonra da bu birliyi qoruyub saxlamaq, inkişaf etdirmək də vacibdir və yeni reseptlər tələb edir. Reseptin bazası ortaq hədəfdir. İstək sadədir: nail olduqlarımızı qorumaq, milli nailiyyətləri artırmaq. Bu aşamada məsuliyyət bölgüsü də, hüquq bölgüsü də mühümdür. Müvafiq struktur nümayəndələrinin də tədbirdə iştirakını nəzərə alaraq ,zamanın az olması baxımından bir neçə təklifimi də səsləndirim. 1.Reystr zamanı üzvlərin telefon nömrələrinin göstərilməsi tələbini dəyişmək doğru olar. 2.Məncə partiyaların gerçək gücünün müəyyənləşməsi və hansı dünyagörüşün daha çox qəbul olunması , partiyalarda iştirakçılığı artırmaq üçün proparsional və ya qarışıq seçki sisteminin tətbiqi doğru olar. Zamanla siyasi islahatların aparılması və bu kimi təkliflərin dəyirmi masalarda,davamlı dialoq mühitində müzakirə olunacağı və həmişə olduğu kimi əhəmiyyətli təkliflərin nəzərə alınacağını düşünürəm. MDHP Mətbuat Xidməti Geri dön |