Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib


Mayın 20-də Bakı şəhərində Azərbaycan Respublikası və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

XİN-dən verilən xəbərə görə, məsləhətləşmələrdə Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Gürcüstanın nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ölkələr arasında siyasi, iqtisadi-ticarət, enerji-nəqliyyat, mədəni-humanitar və s. sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.

Tərəflər əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edib, iki qonşu ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf edən qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin Cənubi Qafqaz regionunun tərəqqisi üçün vacib amil olduğunu, bu xüsusda iki ölkənin ortaq səyləri və iştirakı ilə reallaşdırılan qlobal miqyaslı enerji və nəqliyyat layihələrinin bölgədə iqtisadi inkişafın əsaslarını təmin etməklə yanaşı, sabitlik və təhlükəsizliyin bərqərar olunmasına da xidmət etdiyini vurğulayıblar.

Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin və iqtisadi məsələlər üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd edilib.

Eyni zamanda, beynəlxalq və regional təşkilatlar, habelə Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində hər iki ölkə üçün əhəmiyyət kəsb edən məsələlər üzrə əlaqələndirmə və qarşılıqlı dəstək təcrübəsinin davam etdirilməsinin önəminə vurğu edilib.

Bununla yanaşı, regional təhlükəsizlik məsələləri, müqavilə-hüquq bazası və baxılmaqda olan sənəd layihələrinə dair fikir mübadiləsi aparılıb.

Cari ilin noyabr ayında Azərbaycan Respublikasının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkili ilə bağlı qarşı tərəfə məlumat verilib.

Görüş əsnasında Gürcüstan tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, Azərbaycan tərəfindən regionda dayanıqlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar barədə məlumatlandırılıb.



Geri dön