Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala yüksəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala yüksəlib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala yüksəlib


Azərbaycanın iki sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

Kənan Heybətov (70 kiloqram) və Ali Tsokayev (79 kiloqram) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Rəvan Musayev (90 kiloqram) 1/8, Elman Ağayev (57 kiloqram) və Musa Ağayev (65 kiloqram) isə 1/4 finalda məğlub olublar. Onların uduzduqları rəqiblər finala çıxsalar, Azərbaycan təmsilçiləri təsəlliverici qarşılaşmalarda iştirak hüququ əldə edəcəklər.

Bu gün, həmçinin qadın güləşçilərdən Elnurə Məmmədova (53 kiloqram) və Jalə Əliyeva (57 kiloqram) qızıl, Mərziyyə Sadıqova (72 kiloqram) isə bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, Avropa çempionatının ilk 4 günündə Azərbaycan ümumilikdə 9 medal qazanıb. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) isə bürünc medala yiyələniblər.

Geri dön