Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Güney Azərbaycanın azadlığı işğalçı Ermənistan üçün ən böyük kabusdur
Güney Azərbaycanın azadlığı işğalçı Ermənistan üçün ən böyük kabusdur |
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Gənclər məsələsi üzrə funksioneri, Hollandiyada yaşayan milli fəal Elnur Mərəndli ilə müsahibə:
- Elnur bəy, Güneyin azadlığı Ermənistan üçün nə deməkdir? - Güney Azərbaycan azadlığı işğalçı Ermənistan üçün ən böyük kabusdur. Üstəlik, işğalçı Ermənistan çox yaxşı bilir ki, Güney Azərbaycanın azadlığı, İran fars faşist rejimindən aldıqları siyasi-hərbi, həm də iqtisadi dəstəklərin sonu deməkdir. Və eyni zamanda, Şimali Azərbaycanın hər baxışda güclənməsinə gətirib çıxaracaq. - Məhz İran rejimi buna görə narahatdır və bütün istiqamətlərdə Azərbaycanın zəiflədilməsi üçün var gücüylə çalışır… - Hər kəsə aydındır ki, İran işğalçı rejimi Şimali Azərbaycanın dövlətçiliyini və onun inkişafını özünə ən böyük təhlükə görür. İran adlanan ölkə Azərbaycan və Türkmənistanın parçalanmasına çalışır. Tarixdən də yaxşı bilirik ki, İran Azərbaycan və Türkmənistanın parçasıdır. Ümumiyyətlə, rejim türk faktorundan çəkinir. Bu səbəblə işğalçı Ermənistan dövlətini hər zaman özünə strateji-siyasi bir müttəfiq kimi dəyərləndirib. - Yəni, fikirlərinizdən belə aydın olur ki, Ermənistanın gücləndirilməsi İranın əsas strateji hədəflərindən biridir… - Dağlıq Qarabağ və ətraf rayonların işğalında, rus və İran fars rejimi müttəfiqləri sayılan işğalçı Ermənistana çox geniş şəkildə siyasi-iqtisadi və hərbi dəstək verdilər. Həmin dəstəklər bu gün də daha geniş formada davam etməkdədir. Və bu dəstəklərin sayəsində işğalçı Ermənistan rejimi torpaqlarımızın işğalını davam etdirməkdədir. Cənublu və quzeyli bir millət olaraq, hamımız gələcəyimizin güclü və xoşbəxtliyi üçün bütövlüyə gedən yolu əsas almalıyıq. Gələcək bizimdir. Elnur Eltürk Geri dön |