Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tələt paşa deyir: Mən də səfirə belə cavab verdim: Əgər məzhəb bizi ayırırsa, onda mən şiəyəm
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri > Tələt paşa deyir: Mən də səfirə belə cavab verdim: Əgər məzhəb bizi ayırırsa, onda mən şiəyəm

Tələt paşa deyir: Mən də səfirə belə cavab verdim: Əgər məzhəb bizi ayırırsa, onda mən şiəyəm


Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtkı Türkiyə tərəfindən tanınmasını Rusiya sinirə bilmirdi. Cümhuriyyət parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun Tələt paşa ilə görüşlərindən birində baş vermiş olay çox maraqlıdır. Həmin görüş zamanı Tələt paşa deyir ki, bəs, Rusiyanın səfiri gəlmişdi, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin Osmanlı tərəfindən tanınmasına etiraz edib: «Siz sünnisiniz onlarsa, şiə. Nədən onlara belə xoş münasibət göstərirsiniz?»

Tələt paşa deyir: «Mən də səfirə belə cavab verdim: Əgər məzhəb bizi ayırırsa, onda mən şiəyəm».

Paşanın səfirə verdiyi bu cavabdan məmnun olan Əlimərdan bəy Topçubaşov belə söyləyib: «Onda mən də sünniyəm».

Tehranın ölkəmizdəki səfiri Möhsün Pakayinin «khabaronline.ir» müsahibəsində vurğuladığı bir sıra fikirlər o vaxtkı Rusiya səfirinin Azərbaycan-Türkiyə münasibətinə yanaşmasını az qala eynisidir.

“Türkiyə pantürkizm ideologiyasını yaymaqla məşğuldur. Bu ölkə Mərkəzi Asiya dövlətləri ilə münasibətdə özünü böyük qardaş kimi aparır. Amma Türkiyə və Azərbaycanda yaşayan xalqların arasında məzhəb fərqi var. Türklər sünnidir, azərbaycanlılar da şiə. Bu ideologiyanı yayanlar Azərbaycanda da fəaliyyət göstərirlər və hərdən onların təbliğatı digər ölkələrin ərazi bütövlüyünü sual altına qoyur”.

Əslində, səfir burada ciddi bir səhvə yol verib. Əvvəla, Azərbaycan Respublikasında islamın bu iki təriqəti ənənəvidir. İranlı diplomatın bu sayaq bəyanatı daha çox təfriqəyə xidmət edir. Tehran təmsilçiləri bu sayaq təbliğatı İraq, Bəhreyn, Səudiyyə Ərəbistanında aparır. Bir sıra hallarda isə İslam Respublikasının Azərbaycana qarşı fəaliyyət göstərən informasiya vasitələrində də ara-sıra bu kimi qızışdırıcı yazılara rast gəlinir.

Bu çıxışına görə iranlı diplomatdan yəqin ki izahat tələb ediləcək. Çünki o, bununla həm Azərbaycanın daxili işinə qarışıb, həm də ölkəmizdə məzhəblərarası təfriqəni qızışdırmağa səy göstərib.

İstər ötən əsrin əvvəlində, istərsə də sonunda Türkiyə birmənalı şəkildə Azərbaycan Respublikasına arxa durub, onun ədalətli, haqlı mövqeyini müdafiə edib.

Bu məsələdə Ankarada biri-birini əvəzləyən hakimiyyətlər üçün həmin xətt dəyişməz qalıb.

Tehranın Azərbaycana indiki münasibəti ənənəvidir. Əsrin əvvəlində o vaxtkı hakimiyyət Azərbaycan Respublikasının tanımaq istəmirdi. Elə 1991-ci ildə də bu məsələdə İran rəhbərliyi müəyyən tərəddüdlər etdi. Sonunda əvvəl Ermənistanın, sonra Azərbaycanın müstəqilliyini tanıdı...

Ardınca səfirin Azərbaycan üçün doğma saymadığı Türkiyə Cümhuriyyəti İslam Respublikasından fərqli olaraq, ölkəmizə münasibətdə dini amili nəzərə almır. Çünki buna ehtiyac yoxdur. Bizi dindən öncə birləşdirən, dildir.

Türkiyə Cümhuriyyətinin ilk illərində din adı altında yeni qurulmuş respublikada qarışıqlıq salmaq istəyənlər azanın tükcə deyilməsindən istifadə etməyə başlayır. Bunu Mustafa Kamal Paşa Atatürkə də açıq şəkildə bildirirlər.

Məsələ ilə bağlı Atatürk Əhməd bəy Ağaoğlu ilə söhbətləşir və deyir: «Mən onlara deməyə söz tapmadım».

Əhməd bəy Ağaoğlunun isə cavabı çox qısa və aydın olur:«Siz onlara deyərdiniz ki, bu din məsələsi deyil, dil məsələlsidir».

Odurki, cənab Pakayini bizi sizinlə birləşdirən heç nə yoxdur.Çünki sizlər İran mərkəzli panfarsçı düşüncə sisteminə xidmət edirsiniz. Bu siyasi-ideologi cərəyan isə farslardan başqalarının inkarına xidmət etməkdədir. Hətta, sizin təbliğ etdiyiniz şiəlikdə bu qəbildəndir.

İş o yerə çatıb ki,islam dinini də bu məqsədiniz üçün istismar etməkdəsiniz.

İndi siz deyin,mən sizinlə bir təriqətə necə ola bilərəm.Ona görə də mən də Əlimərdan bəy Topçubaşov kimi sünnüyəm, yaxud tələt paşa kimi şiəyəm.

Geri dön