Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda jurnalistlərin həbsi davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Hüquq > İranda jurnalistlərin həbsi davam edir

İranda jurnalistlərin həbsi davam edir


İranda daha 12 jurnalist həbs edilib.Güney Azərbaycandan davam.az saytına dxil olan məlumata görə, onlar İlam şəhərinin “Verba”, “Kuşək” və “Nəcva” adlı qəzet və dərgilərində çalışan yazarlardır. Həbs edilən jurnalistlərdən bəzilərinin adları da açıqlanıb. Bunlar Ehsan Nikpey, Nəsrin Bavəndpur, Kamran Məhəmmədrəhimi, Möhsün Çeraği və Rəhmət Çerağidir. Jurnalistlər fevralın 17-də günorta saatlarında həbs ediliblər. Məlumat hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Bundan əlavə, “Etimad” qəzetinin jurnalisti Cavad Dəliri fevralın 18-də günortadan sonra azadlığa buraxılıb. Onun 100 milyon tümən zəmanətlə sərbəst buraxıldığı bildirilir.

Xatırladaq ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları yanvarın 26-dan 28-dək “Arman”, “Etimad”, “Bahar”, “Şərq” və “Asiman” qəzetlərinin və İLNA xəbər agentliyi və digər kütləvi informasiya vasitələrinin 17 jurnalistini həbs edib. Bunlar Əli Əkbər Müntəcəbi, Cavad Dəliri, Sasan Ağayi, Nəsrin Təxəyyüri, Mütəhhirə Şəfiyi, Nərgiz Cudəki, Emili Əmrai, Puriya Aləmi, Pejman Musəvi, Səba Azərpeyk, Süleyman Məhəmmədi, Milad Fədai Əsl, Hüseyn Yağçı, Keyvan Mehreqan, Əli Dehqan, Fatimə Sağərçi və Reyhanə Təbatəbayidir. Onların çalışdığı redaksiyalarda axtarış aparılaraq kompüterləri, əlyazmaları və başqa şəxsi əşyaları müsadirə olunub. Tutulan jurnalistlərdən Mütəhhirə Şəfiyi iki gün saxlanıldıqdan sonra zəmanətlə müvəqqəti azadlığa buraxılıb. Saxlanılan jurnalistlər xaricdə fəaliyyət göstərən əksinqilabçı mövqeli farsdilli media ilə əməkdaşlıqda təqsirləndirilir.

Geri dön