Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın hərbi prokuroru Tatarıstanda görüşlər keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Azərbaycanın hərbi prokuroru Tatarıstanda görüşlər keçirib

Azərbaycanın hərbi prokuroru Tatarıstanda görüşlər keçirib


Rusiya Baş prokurorunun müavini - Rusiyanın Baş Hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeri Petrovun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olan Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti V.G.Petrovun, onun müavini ədliyyə general-leytenantı S.A.Zaryayevin və digər vəzifəli şəxslərin müşayiəti ilə Tatarıstanda səfərdə olub.

Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, səfərdə məqsəd Mərkəzi Hərbi Dairənin Kazan Qarnizonu Hərbi Prokurorluğunun nümunəsində Rusiyanın Hərbi Prokurorluq orqanları sisteminə daxil olan qarnizon hərbi prokurorluqlarının strukturu, fəaliyyəti və iş prinsipləri ilə yaxından tanış olmaq, eləcə də təcrübə və fikir mübadiləsi aparmaqdır.

Səfər çərçivəsində əvvəlcə hər iki ölkənin hərbi prokurorunu Tatarıstanın Rəisi Rüstəm Minnixanov qəbul edib.

Görüş zamanı R.N.Minnixanov dostluq münasibətlərindən və bu əlaqələrin daha da dərinləşməsindən, Azərbaycanın dövlət başçısı ilə aralarında olan səmimiyyətdən bəhs edilib.

Dövlətlər arasındakı əlaqələrin genişlənməsində və yüksələn xətt üzrə inkişaf etməsində Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü müstəsna işlərin əhəmiyyətindən danışılıb.

Qəbula görə R.N.Minnixanova minnətdarlığını bildirən ədliyyə general-leytenantı Xanlar Vəliyev millətlərimiz arasında olan qardaşlıq münasibətlərindən söhbət açıb.

Hərbi prokuror görüşdə 2023-cü il iyunun 17-də Zəngilan rayonunun Ağalı kəndində keçirilən görüşü xatırladaraq, Rusiya Prezidenti Vladimir Putinlə dövlətimizin başçısı İlham Əliyev arasında səmimi münasibətlərin olduğunu xüsusi vurğulayıb.

Sonra Xanlar Vəliyev Vətən müharibəsində qazanılan möhtəşəm hərbi-diplomatik qələbədən, bir sutkadan az müddətdə davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində tarixi ərazilərimizin erməni quldurlarından təmizlənməsindən və beləliklə də, ərazi bütövlüyümüzün bərpa olunmasından, sadalanan uğurlara Birinci vitse-prezident Mehriban xanım Əliyevanın verdiyi töhfələrdən bəhs edib.

Səfər çərçivəsində Kazan Qarnizonu Hərbi Prokurorluğunun inzibati binasında prokurorluğun iş şəraiti və fəaliyyəti ilə yaxından tanış olan nümayəndə heyətinə Kazan Qarnizonu Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı M.D.Tsırenov prokurorluğun fəaliyyət dairəsi və istiqamətləri, görülmüş işlər və əldə edilmiş nailiyyətlər, vətəndaşların və hərbi qulluqçuların qəbulu, müraciətlərinə baxılması, təhqiqat orqanlarından daxil olan araşdırma materiallarının öyrənilməsi qaydaları və xidməti fəaliyyətə aid olan digər məsələlər barədə ətraflı məlumat verərək təcrübə və fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti, həmçinin Kazan Federal Universitetində, eləcə də Kazan Kremlində, “Qol Şərif” məscidində, “Tanrı Anasının Kazan İkonası” Məbədində, “Qələbə” parkında və digər tarixi-mədəni yerlərdə olublar. Bununla da Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyətinin Rusiyaya rəsmi səfəri başa çatıb.



Geri dön