Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > NATO Kiyevlə müdafiə texnologiyası və kəşfiyyat mübadiləsini genişləndirir
NATO Kiyevlə müdafiə texnologiyası və kəşfiyyat mübadiləsini genişləndirir |
NATO Ukrayna ilə müdafiə texnologiyaları sahəsində əməkdaşlığı genişləndirməyi və Rusiyanın elektron müharibə imkanlarına dair kəşfiyyat məlumatlarını bölüşməyi planlaşdırır.
Bu barədə NATO baş katibinin köməkçisi David van Vil məlunat verib. Bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi alyansı kibertəhlükəsizliyə və Rusiya hərbi texnologiyalarını izləməyə daha çox resurslar ayırmağa sövq edib. “Ukraynalılar çox yüksək sürətlə innavasiyaları tətbiq edirlər. Amma təbii ki, ruslar axmaq deyil. Bu o deməkdir ki, döyüş meydanında yenilik statik bir şey deyil. Bu, daha çox şahmata bənzəyir” – van Vil vurğulayıb. Onun sözlərinə görə, dron təchizat zəncirləri də daxil olmaqla məlumat mübadiləsi üçün yeni çərçivə təqdim edən saziş alyansın iyul ayında Vaşinqtonda keçiriləcək sammitində yekunlaşacaq. Geri dön |