Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda böyük bank oğurluğuna görə 4 nəfər edam olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İranda böyük bank oğurluğuna görə 4 nəfər edam olunacaq

İranda böyük bank oğurluğuna görə 4 nəfər edam olunacaq


İranda böyük bank oğurluğuna görə 4 nəfər edam olunacaq. İRİB-nin yaydığı məlumata görə, artıq İranın Ali Məhkəməsinin 13-cü şöbəsi bununla bağlı aşağı instansiya məhkəməsinin çıxardığı qərarı təsdiqləyib.

Onlar həmçinin pul cəriməsi də ödəməlidirlər. Bundan əlavə, İranın Ali Məhkəməsi “Bank Melli İran”ın Kiş filialının müdiri barəsində çıxarılmış qərarı ömürlük həbs və pul cəriməsi ilə əvəzləyib, “Saderat” bankının müdir müavini haqda çıxarılmış ömürlük həbs cəzası ilə bağlı qərarla razılaşmayaraq, işə yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə göndərib. Eyni zamanda digər şübhəlilər barəsində də qərarlar təsdiqlənib.

Qeyd edək ki, İranda oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat”, “Saman”, “Melli İran” banklarından və daha bir neçə bankdan 2 mlrd. 800 mln. ABŞ dolları mənimsənilib. Bu hadisədən sonra “Bank Melli İran”ın müdiri Mahmudrza Xavəri istefa verərək Kanadaya qaçıb. Hazırda İran onun barəsində İnterpol vasitəsilə beynəlxalq axtarış elan edib.

Geri dön