Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xocalı soyqırımı Türkiyə parlamentində tanına bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Diaspor > Xocalı soyqırımı Türkiyə parlamentində tanına bilər

Xocalı soyqırımı Türkiyə parlamentində tanına bilər


Dünyanın bir çox ölkələrinin parlamentində Xocalı soyqırımı ilə bağlı müəyyən bəyanatlar, qətnamələr qəbul edilir. Fevralın 7-də daha bir ölkədə - Çexiyada parlamentin Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komitəsi Xocalı soyqırımını rəsmən tanıyıb.
Azərbaycana qardaş ölkə olan Türkiyə Böyük Millət Məclisində isə Xocalı soyqırımı ilə bağlı müəyyən dinləmələr keçirilsə də, onunla bağlı hələlik rəsmi sənəd qəbul edilməyib.

Azərbaycan-Türkiyə Parlamentlərarası işçi qrupunun sədri, millət vəkili Nizami Cəfərov açıqlamasında bildirib ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) Xocalı soyqırımı ilə bağlı hazırlıq işləri aparılır. Onun sözlərinə görə, TBMM-də 21 il əvvəl törədilmiş qətliamla bağlı geniş dinləmələr keçiriləcək.

“Türkiyə-Azərbaycan Parlamentlərarası işçi qrupunun üzvləri ilə mütəmadi əlaqə saxlayırıq. Keçən il müəyyən işlər görüldü. Ondan əvvəlki illərdə də həmişə Xocalı hadisənin ildönümü ərəfəsində Türkiyə Böyük Millət Məcilisində dinləmələr keçirilib. İstanbulda, Taksim meydanında, Türkiyənin bir sıra şəhərlərində yürüşlər təşkil olundu. Onlarla məscidlərdə şəhid olanların xatirəsinə mərasimlər keçirildi. Yəni bu proses get-gedə güclənir”.

N.Cəfərov bu il TBMM-də Xocalı hadisələrinin genosid kimi tanınacağının da gözlənildiyini vurğulayıb.

“Türkiyə millət vəkillərinin verdiyi məlumata görə, Böyük Millət Məclisində Xocalı soyqırımının genosid olaraq tanınması gözlənilir. Buna qədər bir sıra bələdiyyələr öz toplantılarında Xocalı soyqırımını genosid kimi tanıyıblar. Amma bizim daha böyük gözləntilərimiz var”.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvi, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Xocalı soyqrımı, Qarabağ problemi bütün türk dünyasının problemidir.

“Başlıca olaraq Qarabağ problemi Azərbaycanın və Türkiyənin problemidir və Türkiyə, Azərbaycan münaqişənin həlli üçün birgə mübarizə aparmalıdır. Sözsüz ki, Xocalı soyqırımına hüquqi qiymət verilməsi üçün Türkiyədə ciddi işlər görülməlidir və etiraf etməliyik ki, ciddi işlər də görülür. Keçən il qardaş Türkiyənin dəstəyi ilə İstanbulda az qala milyona yaxın iştirakçı erməni havadarlarına, işğalçılarına etiraz mitinqi keçirdilər. Türkiyənin parlamentində də dəfələrlə müzakirələr aparılıb”.

M.İbrahimqızı qeyd edib ki, Türkiyə parlamentində Xocalı ilə bağlı qanun qəbul olunmasa da, “soyqırımı” ifadəsi səsləndirilib, onu törədənlər qınanılıb.

“Əlbəttə, Türkiyə parlamentində Xocalı ilə bağlı hər hansı bir qanunun qəbul olunmasını istərdik, amma Qarabağ probleminin həllində Türkiyənin Azərbaycanın yanında olması ən əsasdır. Türkiyə Qarabağın işğaldan azad olunmasında bütün səviyyələrdə, istər dövlət başçıları, istər siyasətçilər, istər vətəndaş cəmiyyəti qurucuları, istərsə də jurnalistlər səviyyəsində həmişə bizim yanımızda olmalıdır. Biz də onların yanında olmalıyıq, birlikdə güclü olub ermənilərin şərindən, böhtanından canımızı qurtara bilərik”.

Aytən Əliyeva/Modern.az

Geri dön