Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çörək ucuzlaşıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Çörək ucuzlaşıb

Çörək ucuzlaşıb


Son günlər Bakıda çörəyin qiyməti ucuzlaşmağa başlayıb.

Bakının çörək bazarında ən böyük iştirakçılardan biri və çörəyin qiymətində digər istehsal sexləri üçün qiymət oriyentiri rolunu oynayan “Sərham” MMC-nin (Bakıxanov Çörək Zavodu) istehsal etdiyi 750 qramlıq çörəyin pərakəndə satış qiyməti 40 qəpikdən 35 qəpiyə endirilib. Qiymətlərin düşməsi MMC-nin çörəyini satan bütün satış nöqtələrində müşahidə olunub.

Zavodun baş direktoru Rasim Nəbiyev bildirib ki, çörəyin ucuzlaşması unun qiymətinin aşağı düşməsi ilə bağlıdır. Belə ki, bir qədər əvvəl 50 kiloqramlıq kisəsi 20-20,5 manata satılan unun qiyməti indi 17,5-18 manata düşüb: «Bu da bizə qiymələri aşağı salmağa imkan verib».

Bununla yanaşı, heç də bütün çörək sexləri qiymətləri aşağı salmayıblar.

Müşahidələr göstərir ki, Bakıdakı çörək sexlərinin bir hissəsi qiymətləri dəyişməyib.

Geri dön