Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Siyavuş Novruzov iranlı həmkarına “tarix dərsi” keçdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Siyavuş Novruzov iranlı həmkarına “tarix dərsi” keçdi

Siyavuş Novruzov iranlı həmkarına “tarix dərsi” keçdi


YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun iranli həmkarı Mənsur Həqiqətpura cavabı gecikməyib.

Onun ittihamlarına ətraflı şəkildə cavab verən S. Novruzov İranı Ermənistanla qardaşlıqda ittiham etdi. “Mənim dediklərimin heç birinə cavab verməyib. Bir-birinə uyğun gəlməyən, mövzuya aid olmayan məsələlərdən danışıb. İddia edir ki, dini qardaş bir-birinə yalançı deməz. Bəs din qardaşı Ermənistana niyə kömək edir? Ermənistanı hər şeylə təmin edən İrandır. Dağlıq Qarabağ münaqişəsi başlayanda Türkiyə öz sərhədlərini bağladı. Bəs İran bunu niyə etmədi. İran rəsmiləri demək olar ki, hər gün Ermənistandadır və əksinə. Bir-birləri ilə qardaş kimi qucaqlaşıb öpüşürlər. Dinə belə böyük hörmət göstərirsənsə, din qardaşı arzusu ilə yaşayırsansa, İraqla 10 il heç nəyin üstündə niyə müharibə etdin? Hər tərəfdən bir milyon din qardaşımız həlak oldu. Onda yadınıza niyə düşmürdü din qardaşlığı? Özü də hər iki tərəfdən həlak olanlar azərbaycanlılar idi”.

Novruz bayramı ilə bağlı iranlı deputatın fikirlərinə münasibət bildirən S. Novruzov qeyd etdi ki, bu türkçülüklə bağlıdır. “Bu bayramın İslamla heç bir əlaqəsi yoxdur. Novruzu türk xalqları hələ eramızdan əvvəl qeyd ediblər”.

Əlifba ilə bağlı Həqiqətpurun iradlarına deputatın cavabı belə olub: “Dünyada üç qədim əlifba var. Bunların birincisi latın, heroqliflər və sonradan meydana çıxan ərəb əlifbasıdır. Türkiyə özü də müsəlman dövlətidir, amma latın əlifbasından istifadə edir. İranın isə öz fars əlifbası ola-ola onu itirib, ərəb əlifbasını götürüb”.

Qarabağ həqiqətlərinin guya açılması ilə bağlı əlində ciddi faktlar olduğunu deyən Həqiqətpura Siyavuş Novruzov qısa cavab verib: “Biz də istəyirik ki, Qarabağ həqiqətləri açılsın. O zaman Ermənistana hansı dövlətlərin kömək etdiyi aşkarlanacaq”.

Geri dön