Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev > MDH-nin parlament seçkiləri ilə bağlı QƏRARI
MDH-nin parlament seçkiləri ilə bağlı QƏRARI |
Bugün- 30.06.2024-cü il tarixində Milli Dirçəliş Hərəkatı(MDH) partiyası
Kuralının iclası keçirilib. Kuralın yığıncağında aşağıdakı məsələlər gündəliyə qoyuldu: 1. MDH –nin 01 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərində iştirakı ilə bağlı məsələ. 2. MDH-ni Milli Məclis seçkilərində təmsil edəcək səlahiyyətli nümayəndələrinin təyin edilməsi ilə bağlı məsələ. 3. MDH-ni Milli Məclis seçkilərində təmsil edəcək maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin edilməsi ilə bağlı məsələ. 4. MDH–nin yeddinci çağırış Milli Məclis seçkilərində partiya tərəfindən veriləcək namizədlərin ilkin siyahısının təsdiqi. 5. MDH seçki qərargahının yarardılması və qərargah rəhbərinin təsdiq edilməsi. Gündəliyin qəbul edilməsindən sonra söz MDH Yolbayı Fərəc Quliyevə verildi. F.Quliyev çıxışında siyasi təşkilatların ölkədə keçiriləcək bütün seçkilərdə iştirakının vacibliyini bildirərək 01 sentyabr 2024-cü ildə keçiriləcək Milli Məclisə seçkilərdə də Milli Dirçəliş Hərəkatı Partiyasının iştirak etməsini partiyanın fəaliyyəti və qanunverici orqanın formalaşdırılması baxımından önəmli olduğunu vurğuladı və milli düşüncənin parlamentə daşınmasının əhəmiyyətini xüsusi olaraq qeyd etdi. Ardınca Kural üzvlü Həbib Ələkbərov və Vüqar Nəsibov çıxış edərək, Milli Məclis seçkilərində partiyanın rayon şöbələrinin aktiv iştirak etməsinin, xüsusilə gənclərin namizədliklərinin irəli sürülməsinin vacibliyini, partiyanın kifayət qədər seçki təcrübəsi olduğunu vurğuladılar. Keçirilən səsvermələrdə MDH-nin 01.09.2024-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar keçiriləcək seçkilərdə iştirakı barədə qərar qəbul olundu və namizədlərin siyahısının hazırlanması və irəli sürülməsi, eyni zamanda seçkilərdə partiyanı təmsil edəcək səlahiyyətli nümayəndələrin təyin olunması partiyanın Kuralına həvalə edildi. Partiyanın Seçki qərargahı yenidən formalaşdırıldı. Milli Dirçəliş Hərəkatı partiyası Mətbuat Xidməti Geri dön |