Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm > BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçib

BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçib


Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 16-da və 17-də Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının debatlarına sədrlik edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 1-dən BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərə effektiv cavab tapmaq üçün əsas məsuliyyət daşıyan BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçib

"Rusiyanın sədrliyi dövründə üç mərkəzi tədbirin keçirilməsi planlaşdırılır. 16 iyul – “Daha ədalətli, demokratik və dayanıqlı dünya nizamının yaradılması maraqlarında çoxtərəfli əməkdaşlıq” mövzusunda nazirlər səviyyəsində açıq debat. 17 iyul – Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi üzrə nazirlər səviyyəsində açıq müzakirə. 19 iyul – Təhlükəsizlik Şurasının BMT, KTMT, MDB və ŞƏT ilə əməkdaşlığına dair debatı. İlk iki tədbir Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovun sədrliyi ilə keçiriləcək.

Ümumiyyətlə, Şuranın iş proqramı çox zəngindir. Mandat-hesabat dövrü çərçivəsində Haiti, Konqo Demokratik Respublikası, Qərbi Afrika və Sahel regionu, Yəmən, Kipr, Kolumbiya, Livan və Suriyadakı vəziyyət, habelə BMT-nin Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin fəaliyyəti haqqında fəaliyyəti ilə bağlı görüşlər keçiriləcək. Mərkəzi Asiya üçün Preventiv

Gündəliyə, həmçinin BMT-nin Qəzza zolağında humanitar məsələlər və yenidənqurma üzrə baş əlaqələndiricisi S.Kaaqın iştirakı ilə Qəzza zolağı üçün humanitar mexanizm haqqında BMT Təhlükəsizlik Şurasının 2720 saylı qətnaməsinin icrası ilə bağlı müzakirələr də daxildir.

Rusiya Federasiyası Şuranın daimi üzvü və beynəlxalq birliyin məsul iştirakçısı kimi ənənəvi olaraq bu qurumun koordinasiyalı və səmərəli işini təmin etmək üçün hər cür səy göstərəcək. Bu baxımdan Rusiya Təhlükəsizlik Şurasındakı həmkarlarını bütün maraqlı tərəflərin maraqlarını diqqətlə nəzərə alaraq ümumi məxrəcləri axtarmağa yönəldəcək", deyə Rusiya XİN-in məlumatında qeyd olunub.

Geri dön