Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDM depo hesabları üzrə yeni arxitektura formalaşdırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > MDM depo hesabları üzrə yeni arxitektura formalaşdırıb

MDM depo hesabları üzrə yeni arxitektura formalaşdırıb


Milli Depozit Mərkəzi (MDM) tərəfindən depo hesabların açılması üzrə yeni arxitektura formalaşdırılıb.

Bu barədə MDM-dən bildirilib. Məlumata görə, yeni arxitektura, MDM üzvü olan investisiya şirkətləri tərəfindən öz müştərilərinə depo hesablarını məsafədən açmaq imkanı yaradıb.

Belə ki, yeni arxitektura çərçivəsində, investisiya şirkətlərinin müştəriləri APİ (Application Programming Interface) vasitəsi ilə depo hesablarını məsafədən aça biləcəklər. Bu infrastrukturu təmin edən MDM üzvü olan investisiya şirkətlərində müştərilərə aid mütləq xanalar doldurulduqdan sonra depo hesablar avtomatik şəkildə yaranacaq. İnvestisiya şirkətləri tərəfindən məsafədən hesabların açılması praktikası Türkiyə, Almaniya, Böyük Britaniya və digər qabaqcıl ölkələrin təcrübəsinə uyğun olaraq müəyyən edilib.

Qeyd edilib ki, yeni arxitektura kapital bazarının inkişaf etdirilməsinə, investorlar üçün əlverilişli şəraitin yaradılmasını təmin etməklə depo hesablarının açılmasını daha sürətli və asan edəcək, investisiya fəaliyyətini daha effektiv həyata keçirilməsinə imkan verəcək.

Geri dön