Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Qadağan olunan yerdə avtomobili saxlayan sürücülər haqqında ciddi tədbirlər görüləcək
Qadağan olunan yerdə avtomobili saxlayan sürücülər haqqında ciddi tədbirlər görüləcək |
Avtomobillər artıq park olunacaq, əks halda...
Vaqif Əsədov: “Paytaxt ərazisində yaranan tıxacların əsas səbəbi qadağan olunan yerdə avtomobillərin saxlanılmasıdır” Bakı küçələrində yaranan tıxacın qarşını almaq məqsədilə bu günə kimi bir sıra təkliflər irəli sürülüb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov “Davam”.az-a açıqlamasında bildirib ki, paytaxt ərazisində yaranan sıxlıq, tıxaclarla bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, dayanmanı, durmanı qadağan edən yol nişanlarının təsir zonalarında və yolların hərəkət hissələrində dayanan avtomobillər tıxacların yaranmasında əsas rol oynayır: “Paytaxt yollarında nəqliyyatın intensiv hərəkətini bərpa etmək üçün Bakı Şəhər Dövlət Yol Polis İdarəsi sürücülərin diqqətinə çatdırır ki, yol hərəkəti haqqında qanunla qadağan olunan yerdə avtomobili saxlayan sürücülər haqqında ciddi tədbirlər görüləcək. Belə ki, qadağan olunan yerdə avtomobili saxlayan sürücülərin avtomobili evakuasiya olunmaqla bərabər, həm də Post patrul xidmətinin maşınlarında quraşdırılan “bolt” kompüterlər vasitəsi ilə avtomobilin 3 istiqamətdən fotosu çəkiləcək və fotomaterial hazırlanacaq. Həmin fotolar təyin edilən cərimə ilə birlikdə avtomobilin ön şüşəsinə vurulacaq”. Şöbə rəisi onu da deyib ki, bu gün paytaxt yollarında dayanma və durma qaydasını pozan sürücülərin aşkarlanması istiqamətində Əhməd Cavad, İstiqlaliyyət küçələrində və Azərbaycan prospektində reydlər keçirilib. Reyd zamanı 60-dan çox avtomobilin dayanma və durma qaydasını pozduğu aşkarlanıb. V.Əsədovun sözlərinə görə, qaydalara əməl etməyən şəxs qanuna uyğun şəkildə cəzalanır və cəzalanacaq. Aytən İsaqızı Geri dön |