Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > 100-ə yaxın Özbəkistan QHT-si COP29-la əlaqədar Azərbaycanla həmrəylik bəyanatı yayıb
100-ə yaxın Özbəkistan QHT-si COP29-la əlaqədar Azərbaycanla həmrəylik bəyanatı yayıb |
100-ə yaxın Özbəkistan QHT-si COP29-la əlaqədar Azərbaycanla həmrəylik bəyanatı yayıb.
100-ə yaxın Özbəkistan QHT-si BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək Konfransının (COP29) sədrliyinə səmimi dəstək ifadə edib. Bildirilib ki, Tərəflər Konfransının (TK) 29-cu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün (CMP 19) 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün (CMA 6) 6-cı sessiyasını əhatə edən bu tədbir həmçinin maliyyə sahəsində ilk genişləndirilmiş şəffaflıq strukturunu və yeni kollektiv kəmiyyət hədəfi üzərində işi tamamlayacaq. Həmçinin Elmi və Texnoloji Məsləhət üzrə Yardımçı Orqanın (SBSTA 61) və Həyatakeçirmə üzrə Yardımçı Orqanın (SBİ 61) 61-ci sessiyaları keçiriləcək. Qeyd edilib ki, Özbəkistan qlobal iqlim problemlərinə qarşı mübarizənin kritik əhəmiyyətini qəbul edən bir dövlət kimi 1993-cü ildən bu yana BMT İDÇK-nin tərəfidir və Paris Sazişinin iştirakçısıdır: “Biz COP29 və Azərbaycanın rəhbərliyi ilə beynəlxalq arenada iqlim fəaliyyətinin təşviqində nümayiş olunan liderliyi yüksək qiymətləndiririk. Artan əhali və şəhərləşmə proseslərinə baxmayaraq, Özbəkistan təbii ehtiyatlardan daha davamlı istifadəyə və qeyri-sabit istehlak və istehsal nümunələrinə son qoymağa çalışır. Ölkə iqlim dəyişmələrinin təsirlərinə qarşı xüsusilə həssasdır, buna görə sənaye, kənd təsərrüfatı və nəqliyyat sektorlarının karbonsızlaşdırılması və yeni reallıqlara uyğunlaşma Özbəkistan üçün həyati əhəmiyyət daşıyır. Özbəkistan vətəndaş cəmiyyəti gələcək nəsillərə zərər vermədən mövcud ehtiyacların ödənilməsinin vacibliyini qəbul edərək iqtisadi artım və ətraf mühitin qorunması arasında tarazlığa nail olmaq üçün səylər göstərir. Əminik ki, iqlim dəyişmələrinin həlli çox vacibdir, təsirləri azaltmaq, həssas icmaları qorumaq və mühüm ekosistemləri mühafizə etmək üçün cəsarətli və qətiyyətli addımların vaxtı gəlmişdir. Özbəkistan vətəndaş cəmiyyəti COP29 sədrliyini və Azərbaycanın dialoq, əməkdaşlıq və innovasiyaların inkişafına sadiqliyini yüksək qiymətləndirir. Zəngin mədəni və təbii irsə malik olan Azərbaycan təkcə qiymətli ekoloji resursların mühafizəçisi kimi deyil, həm də ətraf mühitin və iqlim dəyişmələrinə qarşı tədbirlərin fəal müdafiəçisi kimi çıxış edir. Özbəkistan qarşıdan gələn COP29 danışıqları zamanı Azərbaycanın əhəmiyyətli konsensus nəticələrinə nail olacağına dair nikbinliyini ifadə edir. Özbəkistan vətəndaş cəmiyyəti iqlim fəaliyyətini sürətləndirmək və planetimiz üçün parlaq bir gələcək yaratmaq məqsədilə COP29-a sədrlik edən Azərbaycan ilə həmrəydir. Biz iqlim dəyişmələri ilə mübarizədə həm insanların, həm də təbiətin inkişaf etdiyi bir dünya qurmaqda töhfə vermək fürsətimizi həvəslə gözləyirik: “İnklüziv Həyat” fiziki məhdudiyyətli şəxslərin ictimai birliyi - Mirzərəhimova Xilola Abdukərimovna Özbəkistanın müstəqil insan hüquqlarının müdafiəsi təşkilatı - Adilov İsmoyıl “Şərqin Qadını” Beynəlxalq Qadınlar İctimai Fondu - Tursunbayeva Səodat Qafurovna "EKOSAN" ekologiya və sağlamlıq üzrə beynəlxalq ictimai xeyriyyə fondu - Jurayev Komiljon Beqmonoviç "Mərhəmət və nəticə" ictimai birliyi - Səidə Turabekova Özbəkistan Psixoloqlar Assosiasiyası - Mahmudova Xulkar Tilaboevna “Bilik Karvanı” qeyri-dövlət qeyri-kommersiya elmi təşkilatı - Tolipov Fərxod Faziloviç “Sağlam nəsil naminə” qeyri-hökumət beynəlxalq xeyriyyə fondu - Muminov Nazimjon Erqaşeviç Özbəkistanın “Aqrar Qadınlar” Assosiasiyası - Əhmədcanova Ədibə Kamilcanovna Rusiya universitetlərini bitirmiş Özbəklərin qeyri-hökumət Respublika İctimai Birliyi - Məmədəliyeva Mahbula Mamatazizovna “Kəpənək balalar” qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Cabbarova Guzal Telmanovna “Mədəd” müəssisə formasında qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Tursunov Tulkin Mirzəyeviç “İstiqbal” Araşdırma Mərkəzi ictimai birliyi - Butayev Usmonjon Xayrullayeviç “Özbəkistan jurnalistlərinin yenidən hazırlanması” mərkəzi - Babacanova Gülnarə Nəcimovna Regionların İqtisadi İnkişafına Yardım Mərkəzi - Bekçanov Davron Maşaripoviç “Demokratiya və İnsan Hüquqları” İnstitutu - Xocayeva Sayora Ataxanovna “Firavan Yurt” xeyriyyə ictimai birliyi - Qılıçev Şoxzod Nortuxtaeviç Özbəkistan İqtisadiyyat Assambleyası - Umarov Maxtor Mansurxudjaeviç Özbəkistan Qadınlar və Qızlar Assosiasiyası - Miradilova Nəsibə Kadırovna “Rəqəmsal Nəsil Özbəkistan” Qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Cəlalov Əzəmət Axraroviç Özbəkistan Könüllülər Assosiasiyası - Abidova Şirin Rəhimcanovna Özbəkistanın Şanxay Əməkdaşlıq Təşkilatının Xalq Diplomatiyası Mərkəzi - Sobirov Kobiljon Kosimoviç Davamlı İnkişaf Mərkəzi - Saminov Elyorjon Sadullajonoviç Özbəkistanın Qonaq Evləri və Hostel Sahibləri Assosiasiyası - Səidov Utkir Urolboeviç Özbəkistan Sahibkarlığa və Fermerliyə Dəstək Mərkəzi - Alimov Akrom Mahkamoviç Özbəkistan Əlillər Cəmiyyəti - Abdullayev Kamil Kadamoviç Özbəkistan Respublikasının Notariat Palatası - Aşurov Dilşod Rüstəmoviç “Ailə” elmi, sosial və humanitar təşəbbüslər mərkəzi - Kərimova Dildora Mirsabitovna “Özbəkistan gənclərinin sahibkarlığın təşviqi mərkəzi” qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Rəşidov Mehroc Xurşed oğlu Özbəkistan Əlillər Assosiasiyası - Isokov Aybek Yusufbekoviç “Mərkəzi Asiya Assosiasiyası” ictimai birliyinin Özbəkistandakı nümayəndəliyi - Mamarasulova Gülnoz Abulkosimovna "EKOLOQ" ictimai birliyi - Kosımova Nərgiz Sünnət qızı “Özbəkistan Çernobılçıları” Assosiasiyası - Nikonov Yuri Andreeviç “Yeni Media Təhsil Mərkəzi” müəssisə formasında qeyri-hökumət, qeyri-kommersiya təşkilatı - Alimov Beruni Sultanoviç “Özbəkistanın xeyirxahlıq və sağlamlıq” ictimai fondu - Mirzəhmədov Asrol Xocieviç Respublika “Çernobıl” İctimai Xeyriyyə Fondu - Normuratov Davronbek Omonoviç "Yüksəliş" ümummilli hərəkatı - Bekmurodov Bobur Mansuroviç Özbəkistan və Türkiyə İş Adamları Birliyi "UTİD" - İslamov Rüstəm İsrailoviç “Uzbekligim - Uzligim” (özbəkliyim-kimliyim) qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Sultanova Moxira Sabitovna İnsan Hüquqları Mədəniyyəti Mərkəzi - Umarov İxtiyor Sübxanoviç “Ömür boyu irs” Özbəkistan mədəniyyəti və incəsənətinin təbliği mərkəzi - Mirzəyeva Lütfiyyə Xomidovna Özbəkistan döyüşçü-veteran və əlillərin "VETERAN" ictimai birliyi - Muradov Tələt Pərdayeviç “EZGU AMAL” ictimai fondu - Xocayeva Xilola Baxtyorovna Özbəkistan Görmə Məhdudiyyətli Şəxslər Cəmiyyəti - Narpulatov Erqaş Djuraeviç Proqressiv İslahatlar Mərkəzi - Aslanov Mirşoxid Fərxodoviç Özbəkistan Gənclərinin Beynəlxalq Assosiasiyası - Şavkatov Otabek Şerzodoviç Daşkənd şəhəri qızların sahibkarlıq mərkəzi - Yoldaşova Vəzirə Abdullayevna "VETERAN" Özbəkistan Veteranlar və Əlillər Cəmiyyəti Daşkənd şəhər şöbəsi - Sultanov Rüstəm Sultanoviç Daşkənd şəhər şəkərli diabet xəstələri və əlillərin “Ümid” Xeyriyyə İctimai Birliyi - İbrahimova Nilufər Şükürovna Məhəmməd Yusif adına Daşkənd Şəhər İctimai Fondu - Salyamova Nazirə Salomovna Daşkənd Şəhər Mühəndislik Təhsili Assosiasiyası - Maqrupov Tələt Madiyeviç Daşkənd şəhər "SOF-DİL" diabetli əlil uşaqlar cəmiyyəti - Sultanova Şəhrizadə Talabbəyovna “MILLENNIUM” əlil gənclər üçün sosial və hüquqi reabilitasiya mərkəzi - Mahmudkulova Gülcaxan Erqaşevna Özbəkistan Əlillər Cəmiyyətinin Daşkənd şəhər bölməsi - Vasikova Feruzə Həşimovna Daşkənd şəhər "Bilol-karate" karate idman klubu - Zeyniddinov Biloliddin Kamolxocaeviç Daşkənd şəhəri "Loqos" qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Sanginov Səidrasul Səidəkpəroviç Daşkənd şəhər “Sağlam ana və uşaq” qadınlara və gənclərə dəstək mərkəzi - Zaripova Rənajon Özbəkistan Milli Paraolimpiya Assosiasiyasının Daşkənd şəhər regional bölməsi - Əzizov Abdukaxhor Abduxapisoviç Daşkənd şəhəri "MIR FIGHTER" peşəkar idman klubu - Normatov Odiljon Abidoviç Özbəkistan Respublikasının “Əlil hemofiliyalı xəstələr” cəmiyyəti - Yusupova Durdona Ravşanovna Özbəkistan Oyunlar və Daşa Dırmanma Federasiyasının Daşkənd şəhər bölməsi - Xusanov Ümid Daşkənd şəhər "İNKLUZİV CƏMİYYƏT" əlillərin ictimai birliyi - Tillayeva Nodirə Doniyorovna Daşkənd Şəhər Görmə Məhdudiyyətli Gənclər Mərkəzi - Dangalov Sünnətilla Mustafayeviç Özbəkistanın Qızıl Aypara Cəmiyyəti Daşkənd şəhər təşkilatı - Taşlanova Nəzokət Rüstəmovna Daşkənd şəhəri "Mehr Kuzda" (Gözlərdə mərhəmət) qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Taşxocayeva Maxira Haşimovna “Təsviri ayna” yaradıcılıq birliyi Daşkənd şəhər şöbəsi - Qulyamov Murod İsmayıloviç Özbəkistanın arbitraj məhkəmələri Assosiasiyanın Daşkənd şəhər bölməsi - Əbrəhmənov Uluqbek Kushmatoviç Daşkənd Şəhər Əlil Uşaq və Böyüklər İdman Klubu - Zuhurova Muattar Kabirovna "EKOMƏKTƏB" ekologiya-resurs mərkəzi - Natalya Sergeyevna Şivaldova Özbəkistan Eşitmə Məhdudiyyətli Şəxslər Cəmiyyəti Daşkənd şəhər ərazi idarəsi - Mahkamova Gülnarə Abdunəzərova Daşkənd Şəhər İstehlakçıların Hüquqlarını Müdafiə Cəmiyyəti - Abduqayumov Bahodir Abduraximoviç "Şərait plus" əlillər ictimai birliyi - Rəhimova Muxabat Axrorovna "Ürək Ekologiyası – Ruh Ekologiyası" qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Suvanov Eşdavlat Səlimoviç Respublika Mənəviyyat və Maarifçilik Mərkəzinin Daşkənd şəhəri Şeyxontaxur rayon bölməsi - Əlibayeva Nilufər Abiddinovna Qadınlar və yeniyetmələr üçün "NAFOSAT" təlim mərkəzi - Mətyakubova Noila İspanovna Daşkənd şəhər “ÜMIDVORLİK” sağlamlıq imkanları məhdud uşaqlara yardım mərkəzi - Teperina Marina Nikolaevna Daşkənd şəhər “İndiqo” təbiəti mühafizə cəmiyyəti - Volkov Pavel Vsevolodoviç Daşkənd şəhəri "Özbəgimin gəncləri" ansamblı - Lüdfiya Ruzibayeva "İş qadını" Özbəkistan İş qadınları assosiasiyasının Daşkənd şəhər bölməsi - Taşmuxammedova Diləfruz İbrahimovna Daşkənd şəhər Xalq Deputatları Soveti yanında vətəndaş cəmiyyəti institutlarına və qeyri-hökumət qeyri-kommersiya təşkilatlarına dəstək ictimai fondu - Kuçkarova Xayotxan Əliyevna Özbəkistan Respublikasının müdafiəsinə yardım göstərən “Vətənpərvər” təşkilatının Daşkənd şəhər filialı - Alimxocayev Fərxod Mahmudxocaeviç Özbəkistan Respublikasının “Canlı təbiət” ictimai birliyi, Daşkənd şəhər bölməsi - Əzizov Şadiyar Validjanoviç “Müəllimlər assosiasiyası” ictimai birliyi, Daşkənd şəhər bölməsi - Şaislamova Kunduz Şanazarovna Daşkənd şəhəri Rerixlər Cəmiyyəti - Monasypova Nadzia Raufovna “Ekosan” ekologiya və sağlamlıq beynəlxalq xeyriyyə ictimai fondunun Daşkənd şəhər filialı - Umarxocayeva Şahnoza Maksudovna “İNTİLİŞ” Respublika İnformasiya və Təhsil Mərkəzinin Daşkənd şəhər filialı - Şarmetova Səyohət Yuldaşbəyovna Özbəkistan "KI DO" assosiasiyası ("Khap KI Do" döyüş sənəti) Daşkənd şəhər bölməsi - Mahkamov Fərxod Minovarşoyeviç “Mehribanlıq” Daşkənd şəhər Əlillərin Qarşılıqlı Sosial Yardım Cəmiyyəti - Zakirov Farkhod Murodjon oğlu Özbəkistan Tələbə İdman Assosiasiyasının Daşkənd Dövlət İqtisad Universitetinin “TDIU” idman klubu - Tanqriyev Abdukarim Tovoşeviç Özbəkistan Görmə Məhdudiyyətli Şəxslər Cəmiyyətinin Daşkənd şəhər bölməsi - Toşxocayeva Ulmas Xocakbarovna "Tumor" muncuq dekorativ sənəti mərkəzi - Djuraeva Sayora Baratəliyevna Daşkənd şəhəri “Qiymətləndirici Təşkilatların Assosiasiyası” ictimai birliyi - Sadıqova Nozimaxan Omonulloxanovna Özbəkistan Mikrorayonlar Assosiasiyasının Daşkənd şəhər administrasiyası - Mahmudxucayev Furkat Sidixucaeviç Vətəndaş Təşəbbüslərinin Təşviqi Mərkəzinin Daşkənd şəhər bölməsi - Normamatova Nadirə Salamatovna Daşkənd şəhər “Özbəgim gəncləri” ansamblı qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Lüdfiya Ruzibayeva Özbəkistan “Məhəllə” Xeyriyyə İctimai Fondu Daşkənd Şəhər Bölməsi - Kərimov Sokijon Alimdjanoviç Geri dön |