Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > BMT 2100-cü ilə qədər Çin əhalisinin iki dəfə azalacağını proqnozlaşdırıb
BMT 2100-cü ilə qədər Çin əhalisinin iki dəfə azalacağını proqnozlaşdırıb |
BMT-nin proqnozlarına görə tək uşaq siyasəti sayəsində 2100-cü ilə qədər Çinin əhalisi 1,4 milyarddan 639 milyona düşəcək.
Bu barədə iyulun 11-də Wall Street Journal (WSJ) məlumat yayıb. “İqtisadçılar bunu demoqrafik dividend adlandırırlar - ölkədə əmək qabiliyyətli yaşda olan insanlar işsiz körpə və qocalardan daha çoxdur. Belə ölkələr zənginləşdikcə insanlar təbii olaraq daha az uşaq sahibi olmağa qərar verirlər və əhali qocalmağa başlayır”, - nəşr qeyd edib. Tədqiqatçılar qeyd edirlər ki, əhalinin sayının kəskin azalması 2040-cı ilə qədər başlayacaq. Qeyd edək ki, tək uşaq siyasəti Çində 1980-ci ildə iqtisadi artımı stimullaşdırmaq üçün tətbiq edilib. Hazırda ölkə iqtisadiyyatı nominal ÜDM-in həcminə görə dünyada ABŞ-dan sonra ikinci yerdədir. Geri dön |