Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Karbon qazından süni kərə yağı HAZIRLANDI
Karbon qazından süni kərə yağı HAZIRLANDI |
Tanınmış iş adamı Bil Qeytsin rəhbərlik etdiyi şirkətin mütəxəssisləri karbon qazından süni kərə yağı sintez etməyi bacarıblar.
Amerikalı mütəxəssislər karbon qazı, oksigen və hidrogenin sintezi yolu ilə süni yağ turşuları hazırlamağa nail olublar. Bundan sonra əldə edilən məhsula qliserol, su və beta-karoten əlavə edilib. Laboratoriyada sınaq zamanı süni yağın kərə yağı ilə eyni dad verdiyi məlum olub. Kərə yağı kənd təsərrüfatı məhsulları arasında ən çətin əldə edilənlər arasındadır. Şirkət rəhbərliyi iddia edir ki, onların ixtirası zəruri hallarda milyonlarla insanı yedizdirmək üçün istifadə edilə bilər. Lakin hələlik bu məhsulun satışına rəsmi icazə verilmir. Geri dön |