Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Allahşükür Paşazadə: Aşura günü qanvermə aksiyasının keçirilməsi çox böyük savabdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > Allahşükür Paşazadə: Aşura günü qanvermə aksiyasının keçirilməsi çox böyük savabdır

Allahşükür Paşazadə: Aşura günü qanvermə aksiyasının keçirilməsi çox böyük savabdır


“Erməni işğalçıları 30 il ərzində bizim məscidlərimizi, qəbiristanlıqlarımızı məhv edib, məscidlərimizdə donuz saxlayıb. Bu, həm İslam dininə, həm də Azərbaycan xalqına olan münasibətdir”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.
Allahşükür Paşazadə bildirib ki, 30 il sonra rəşadətli ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edib: “Suverenliyimiz bərpa olunandan, Xankəndidə, Şuşada bayrağımız ucalandan sonra Aşuranı həmin torpaqlarda da qeyd edirik. İşğaldan azad olunan torpaqlarda erməni kilsəsi də bərpa olunur. Çox maraqlıdır ki, özlərini xristian adlandıran ermənilər işğal etdikləri torpaqlardakı erməni kilsələrini də dağıtmışdılar. Allah Təala bir xalqı sevərsə, ona müdrik rəhbər göndərir, o rəhbər də xalqı işıqlı yollara aparır. Mən görürəm ki, illərlə qaçqın və məcburi köçkün kimi yaşayanlar öz torpaqlarına qayıdır. Bu gün Laçında, Füzulidə və Şuşada təziyə mərasimlərini ora təyin olunan imamlar həyata keçirir. Bu, ilk dəfədir ki, baş verir”.

QMİ sədri qeyd edib ki, Azərbaycanda tolerantlıq, dini dözümlülük başqa dinlərə olan münasibətin təzahürüdür: “Bu gün xristian kilsəsi, yəhudi məbədinin rəhbərləri mənimlə birlikdə qanvermə aksiyasında iştirak edirlər. Mən bu aksiyanın keçirilməsini təklif edəndə qonşu dövlətlər buna qəribə yanaşırdı, amma indi həmin ölkələrdə, xüsusilə İranda da Aşura günündə qanvermə aksiyası keçirilir. Bu, çox böyük savab işdir. Allah da insanlara həyat verməyi buyurub. Bu gün burada iştirak edənlər, Aşuranı qanunauyğun qeyd edənlər var. Mən arzulayıram ki, Azərbaycan daha da çiçəklənsin”.

Allahşükür Paşazadə Aşura gününü Şəhidlər günü elan etməyin doğru olacağını vurğulayıb: “Biz qardaşlığımızı yaddan çıxarmamalıyıq. Mən tapşırıq vermişəm ki, məscidlərdə imamlarımız mərasimlərdə şəhidlərimizi xatırlasınlar, onların ailələrinə baş çəksinlər. Allah bizim şəhidlərimizə rəhmət eləsin".

Geri dön