Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pakistan mediası Xocalı soyqırımından yazdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Pakistan mediası Xocalı soyqırımından yazdı

Pakistan mediası Xocalı soyqırımından yazdı


Pakistanın nüfuzlu “Pakistan Observer” qəzetinin 22.02.2013 saylı buraxılışında tanınmış jurnalist Liaqat Turun müəllifliyi ilə Xocalı soyqırımına həsr edilmiş xüsusi buraxılış dərc edilmişdir.

Buraxılışda, Dağlıq-Qarabağ regionunun tarixi, ermənilərin Azərbaycana köçürülməsi və nəticə etibarı ilə torpaqlarımızda Ermənistan dövlətinin yaradılması haqqında geniş məlumatlar verilmişdir. Yazıda, ermənilərin 20-ci əsrin axırlarından başlayaraq Azərbaycana qarşı qaldırdıqları torpaq iddialarından və apardıqları etnik təmizləmə siyasəti nəticəsində Ermənistandan iki yüz mindən çox azərbaycanlının qovulduğunu bildirmişdir. Daha sonra yazıda, “20-ci əsrlərin sonlarında, öz havadarlarından dəstək alan ermənilərin Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqları bildirilmişdir. Vurğulanmışdır ki, Ermənistanın təcavüzü nəticəsində Dağlıq-Qarabağ əyaləti və Azərbaycanın daha 7 rayonunu zəbt edilmiş, işğal nəticəsində 1 milyon insan ata-baba yurdularından didərgin düşmüş, 20 min insan qətlə yetirilmişdir. Liaqat Tur, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında işğalın daha da geniş miqyas almasının qarşısının alınması və 1994-ci ildə atəşkəs sazişinin imzalandığını bildirmişdir.

Buraxılışda, 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisənin münaqişənin ən qanlı və faciəli səhifəsi olduğu qeyd olunmuşdur. Bildirilmişdir ki, Xocalı şəhəri uzun müddət mühasirədə saxlanılmış və orada yalnız mülki əhali olmuşdur. Jurnalist, Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə Xocalıda mülkü əhaliyə qarşı törəddiyi soyqırımın təfərrüatları habelə, uşaqlara, qadınlara, ahıllara qarşı edilmiş vəhşiliklərdən məlumatlar vermişdir. O, bu aksiyanın ermənilərin məqsədyönlü şəkildə etdiklərini ön plana çəkmiş və soyqırımın fəal iştirakçısı olmuş Ermənistanın indiki Prezidenti S.Sarksyanın dediyi “biz ermənilərin mülki əhalini məhv etməyə qadir olmadığı haqqında stereotipi qırdıq” sözlərini buna sübut kimi gətirmişdir. Nəşrdə, Xocalı soyqırımının xarici mətbuatda geniş işıqlandırıldığını bildirilərək, Qərb mətbuatında nəşr edilmiş çoxsaylı məqalələrdən sitatlar gətirmişdir.

Liaqat Turun yazısında, Xocalıda baş vermiş hadisələrin ermənilər tərəfindən Azərbaycanlılara qarşı törətdikləri birinci soyqırım olmadığı qeyd edilmiş, 1918-ci ildə erməni yaraqlılarının ölkəmizin Şamaxı, Bakı, Quba və digər şəhərlərində on minlərlə günahsız insanın qətlə yetirdiyi vurğulanmışdır. Daha sonra, özlərini məzlum və təqiblərə məruz qalmış bir xalq kimi qələmə verən və insan hüquqlarından dəm vuran ermənilərin, orta əsirlərə məxsus vandallıqla, mütəmadi olaraq dinc azərbaycanlılara qarşı qətliam törətdikləri vurğulanmışdır.

“Pakistan Observer”-in jurnalisti, Ermənistan Azərbaycan Dağlıq-Qarabağ və Xocalı soyqırımı məsələsinin hüquqi məqamlarını açıqlamışdır. Yazıda, BMT-nin Təhlükəsizlik Şurası , Baş Assambleyasının qətnamələri, BMT TŞ-nın Prezidentinin bəyanatları, həmçinin, İslam Konfransı Təşkilatı, Qoşulmama Hərəkatının qərarları ardıcıllıqla sadalanmış, işğalçı Ermənistanın bu mötəbər beynəlxalq qurumları tərəfindən qəbul olunmuş sənədlərə məhəl qoymadığı xüsusi qeyd edilmişdir. Eyni zamanda, Lissabon sammitinin Dağlıq Qarabağ məsələsinin həllinə dair əsas prinsipləri də açıqlanmışdır. Eyni zamanda, Xocalı soyqırımının Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Çexiya, ABŞ-ın bir neçə ştatı tərəfindən rəsmi tanındığı, bir çox dövlətlərin parlamentlərində müzakirə mövzusu olduğu vurğulanmışdır.

Daha sonra, Liaqat Tur öz buraxılışında bir neçə hüquqi aktları sadalayaraq, bunların Xocalı soyqırımını beynəlxalq cinayət adlandırmağa tam əsas verdiyini vurğulamışdır.

Xüsusi buraxılışda, eyni zamanda, Xocalı dəhşətlərini əks etdirən fotolar yerləşdirilmişdir.

Geri dön