Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əski Türk inamları
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Əski Türk inamları

Əski Türk inamları


Şaman, totemçi olmayan qədim türklərin inamları nə idi?
Üç nöqtədə cəmlənən inam sistemləri

Təbiət qüvvələrinə inam-1-ci inam sistemi,
Qədim türklər bəzi coğrafi yerlərin, məsələn-dağların, dənizin, ormanın, dəniz qılıncının və gizli qüvvəyə malik olduqlarına, ruh daşıdıqlarına inanırdılar. Onlara görə su, Günəş, göy gurultusu və şimşəyin də ruhları vardı. Bu ruhlar kişi və qadın ola bilmirdilər. Kişi Tanrıların yanındakı qadın Tanrıya, yəni Tanriçaya “Umay” deyirdilər. Ruh daşıyan yer və su qüvvələrini “geniş” mənada “Yer-Su”lar (Göytürklər “Yer-Sub, uyğurlar “Yer-Suv)” deyir və bunları uğurlu sayırdılar. Bunlar yurd yerləri olduqları üçün də, uğurlu hesab edilirdi. Göy-Türk kitabələrində adı çəkilən Joluk, yəni müqəddəs yerlər Yoluk baş, yəni Tamiq suyunun müqəddəs mənbəyi sayılır.
“Yer-Su”lar inanılan uğurlu varlıqlar, ruhlar idi, amma bunların da heykəlləri, bütləri, məbədləri tikilməzdi.
Atlar kultu
Əski türklərin ikinci inam sistemi atalra kultu idi. Türklər atallarına dərin hörmət bəsləyər, yazılı daşlar ucaldarlar. Qədim türklərdən qalmış yadigarlar, heykəllər və məzarlardır ki, bunlar yalnız Orxon-Yenisey abidələrindən ibarət deyildir. Eşik kurqanında “altın geyimli Adam”ın məzara kimi daha neçələrinin də olduğu anlaşılmışdı.
Qədim türklər ölən böyüklərini bütün qiymətli əşyaları, zinət şeylərinin, atların qızıl işləməli qoşquları və hətta atları ilə basdırar, onları uğurlu sayar, qoruyardılar. Məzarları açanların cəzası ölümdür. Türklər böğyüklərinin məzarlarını talan edən qonşu rdövlətlərlə, məsələn, monqollar və çinlilərlə savaşardılar. Bizansın Manqos Yepiskopunun hökmdar ailəsinin məzarını talan etmiş və buna görə Attilla Bizansa savaş elan etmişdi.
Ulu Tanrı-Ana Kult
Türklərin əsl dini gerçək inam bəslədikləri “Ulu Tanrı” idi. Bu, bütün qədim türklərin ana kultu idi. əski Türklər üçün Günəş, Ay və Ulduzlar Tanrı deyil, sadəcə çox əziz varlıqlar idilər. Tanrı isə Kainata hakim olan bütün göy üzü idi.
Yeddinci yüz ildə yaşamış bizanslı tarixçi Simokatles “Qədim türklər yalnız yaradıcısı olaraq bildikləri və tək ulu qüdrət olaraq qəbul etdikləri Ulu Tanrıya tapınmışlar” deyib. Ulu Tanrı dünyəvidir. Şəfəqi söndürən, bitkiyə həyat verən, insanlara can bəxş edən, istədiyi zaman da geri alan, cəzalandıran, əfv edən də odur. Yalvaranın ömrünü uzadar, atlarını çoxaldar, quzunun yalvarışını belə duyar. O, hər şeyi görür, bilir, onun iradəsinə qarşı çıxmaq olmaz. Türk millətinin başına xaqanı o təyin edir. Xaqana güc verən də odur.
Ulu üzü bütöv və tam olduğu, tək və mükəmməl olduğu üçün inandıqları Tanrıya da “Göy-Tanrı” deyən əski türklər, əlbəttə, onu bəlli olanlar üçün də təcəssüm etdirməz, büt kimi kiçiltməz, bütün göy üzünü sığdırdıracaqları tapınağı düşünməzlərdi. Onun üçündür ki, əski türklər böyük məbəd tikməmiş, günümə belə bir tikili çatdırmamışdılar. Və yenə bunun üçündür ki, türklər islamiyyətlə qarşılaşınca onu asan və xoşluqla mənimsəməmişlər, bundan sonra ən gözəl və möhtəşəm məbədlərini tikmişlər.
Haşiyə
“...dastana hadisə deyilirsə, əsərdə baş verənlərə diqqət yetirilsə, doğrudan da burada hadisənin, hansı hadisəyə söykənmə xüsusiyyəti var. Bu, mifik dünya ilə də, real zamanla da əlaqələnə bilər. Məsələn, Şumer ədəbiyyatı ilə bağlı araşdırmalarda dastanların iki istiqamətli öyrənilmə təsnifatı aparılır. Birinci, Allahlarla bağlı dastanlar, ikincisi-real hadisələrlə bağlı dastanlar. 1-ci qrup dastanlar sırf mifik dünya ilə əlaqələnir. “İlahə İnanənin Ebax dağının əjdahası ilə mübarizəsi” və yaxud da “Allah ninurtanın zalım iblis Acaq ilə təkbətək döyüşü” adlı dastanda mifik dünyanın düşüncəsi bir iqtiqamət kimi əvvəldən axıra qədər izlənilir. ...hətta real dastanların özündə sehrli nağıllara bənzərlik var. Şumer dastanlarının “Bilqamıs və ölməz dağ”, “Bilqamıs səma özü” və s. də bu cür nümunələrdəndir.
“Yaradılış” dastanı sırf mifoloji kontekstdə yaradılan və həyatı elə həmin görkəmdə dərk edib bədii formada yaşadan nümunədir. Dünyanın sudan ibarət olması Kayra xanla Ağ Ananın göyün ənginliklərində gəzməsi dünyanın çox-çox qədim çağları haqqındakı təsəvvürləri xatırladır. Dinlər ümumi halda yer üzünün, bütün kainatın Allah, böyük yaradan tərəfindən yaranıb, nizamlandığını irəli sürür. Göyün ənginliklərində uçmaqdan təngə gələn Ağ Ananın Kayra xana dediyi “Yarat” kəlməsindən sonra yerin nizamının başlanğıcı qoyulur.
Dünyanın yaradılışı haqqında əski türklərin fikir, duyğu və inanışlarını anladan “Yaradılış dastanı” Orta Asiyada yaxın zamanlara qədər yaşaya bilmişdir. Bu dastan əski türklərin tək Tanrıya inandıqlarını və Tanrının dünyanı yaratmaq ilhamını nurani bir qadın xəyalından aldığını göstərir.
R.Əlizadə

Geri dön