Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > Tariximizdə 18 fevral
Tariximizdə 18 fevral |
18 fevral 1929-cu il- Moskva rəhbərliyinin qərarı ilə Naxçıvan MR-na məxsus olan 657 kv.km ərazi- Qurdbulaq, Horadiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Klid və digər kəndlər, həmçinin Zəngilan Rayonunun Nüvədi kəndi, Qazax rayonun 4.400 hektarlıq meşə sahəsi Ermənistana verilir.
18 fevral 1988-ci il- Azərbaycan Respublikası Ermənistandan (Zəngəzurdan) zorla çıxarılan 4 min nəfər Qafan royon sakinlərini- qaçqınları qəbul edir. 18 fevral 1988-ci il- Ermənilərin “Qarabağ” və “Krunk” liderlerinin təşkilatçılığı ilə Xankəndində ixtişaşlar baş verir. İnstitutda azərbaycanlı müəllim və tələbələrinin üzərinə hücumlar edilir. Onlar döyülərk təhqir olunur və tədris prosesi pozulur. 18 fevral 1990-cı il- Yevlax- Laçın yolunun 105-ci km-də “Şuşa-Bakı” marşrutu ilə hətəkət edən sərnişin avtobusu ermənilər tərəfindən partladılır. Ölənlər və çox yaralananlar (13 nəfər) olur. Bir neçə nəfər isə ömürlük şikəst olur. 18 fevral 1992-ci il- Ağdam rayon DİŞ-nin Rəisi İslah Paşayev vəzifəsindən azad edilir. 18 fevral 1992-ci il- “Qarabağ” teror təşkilatından olan erməni saqqallıları azərbaycanlılar yaşayan Ağdam royonunun Şelli kəndinə etdikləri hücum zamanı 2 məktəblini – Natiq və Niyaməddin İmanovları, eləcə də başqa bir nəfər kənd sakinini girov götürürlər. Sonra isə ultimatum verirlər ki, Şelli kəndinin sakinləri qısa müddətdə kəndi tərk etməlidirlər, əks təqdirdə uşaqlara divan tutlacaqdır. 18 fevral 1992-ci il- Prezident fərmanı ilə Tahir Əliyev Ağdam şəhərinin komendantı təyin edilir. Ağdam royonu ərazisində fövqəladə vəziyyət tətbiq edilir. 18 fevral 1992-ci il- Laçın rayonunun Hacılar kəndi erməni yaraqlıları tərəfindən güclü atəşə tutulur. Atışma zamanı Şəfi Səməd oğlu Abdullayev (1968-cil təvəllüdlü) həlak olur. 18 fevral 1993-ci il- “Azərbaycan Bayrağı” ordenli Bəylər Eldar oğlu Məmmədov Aterk kəndi yaxınlığında həlak olur. 18 fevral 1994-ci il- Ömər aşırımı da daxil olmaqla, Kəlbəcərin şimal hissəsi ermənilərin nəzarəti altına keçir. 18 fevral 1994-ci il- Azərbaycan ordusu geri çəkilir. 2 Azərbaycan briqadası mühasirəyə düşür. Qoşunlarımız 1500 nəfər itki verir. 18 fevral 1994-ci il- Moskvada Rusiya Ermənistan və Azərbaycan nümayəndələrinin görüşündə Rusiyanın hazırladığı plan “müzakirə” (sənəddə Şuşanı, Laçının adı çəkilmir) edilir. Mənbə :Nazim Tapdıqoğlu (Vəlişov) “ Azərbaycan faciələrinin təqvimi” Geri dön |