Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Atilla Qayadan Gülün təbrikinə etiraz
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Atilla Qayadan Gülün təbrikinə etiraz

Atilla Qayadan Gülün təbrikinə etiraz


Türkiyənin Milliyətçi Hərəkat Partiyası da Türkiyə Prezidentinin Sərkasyana təbriki göndərməsini sərt tənqid edib.

Türkiyə parlamentinin MHP-dən olan millət vəkili Atilla Qaya açıqlamasında bu addımın Türkiyə xarici siyasətinin böyük yanlışlığı kimi dəyərləndirib:“Prezident Gül Türkiyəni artıq 11 ilə yaxındır idarə etməkdə olan AKP hökimətinin qurucularındandır. Türkiyə Ana Yasasına görə vəzifəsinı görə indi Gül AKP üzvü olmasa da, onun keçmiş partiyadaşları ilə eyni düşüncəni paylaşdığı göz qabağındadır. O, Türkiyə Böyük Millət Məclisində AKP-nın çıxardığı bütün qanunların hamısı təsdiq etməklə bu partiya ilə eyni zehniyyəti daşıdığını təsdiq edir. Bu partiyanın Türkiyəni hansı bir uçurumun kənarına gətirdiyini görməmək mümkün deyil. PKK məsələsinə yanaşmada yürüdülən siyasət Türkiyənin həm iç, həm xarici siyasətinə təsir göstərməklə, ölkəni son dərəcə ciddi problemlərlə üz-üzə qoyub. Bu gün ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan türkün sahib olduğu nə varsa hamısına qarşı olduğunu açıq şəkildə deyir. Prezident kürsüsündə əyləşən Gülün düşüncələrinin də ondan heç bir fərqi yoxdur. 2008-ci ildə futbol oyununu bəhanə edərək Abdullah Gül İrəvana getmişdi. Qarabağda Azərbaycan türkünün qanını tökməyini özünə şöhrət bilən Sərkisyanla orada əl verib görüşdü. Bunun davamı olaraq Ermənistanla sərhəd açılması məsələsi gündəmə gətirildi. Saxta seçkidən sonra Ankaradan təcili şəkildə İrəvana təbrik göndərilməsi də bu siyasətin davamıdır. Bu iqtidar hər fürsətdə bu siyasətini ortaya qoyur. Ona görə də prezident Gülün Ermənistanın içərisində seçkinin nəticələri ilə bağlı xalq etirazları davam etdiyi bir zamanda Sərkisyanı təbrik etməsini ayıblayır və qınayıram. Bu, Türkiyə-Azərbaycan münasibətləri baxımından olduqca ciddi strateji səhvdir”.

Ötən gün Türkiyə mediasında hakimiyyətin ermənilərə xoş bir jesti kimi təqdim edilən daha bir xəbər yer alıb – fevralın 21-dən Türkiyə Hava Yolları ermənilərin “Aqos” qəzetini xarici reyslərdə sərnişinlərinə pulsuz paylayacaq. Qeyd edək ki, “Aqos” Türkiyədə yaşayan erməni millətçilərinin

qəzetidir. “Aqos” qatı türk düşməni və erməni millətçiliyini müdafiə edən, hər sayında Türkiyə əraziləri ilə bağlı yersiz iddialar irəli sürülən qəzet kimi tanınır. THY həm də qəzetə ən böyük reklam dəstəyi verən şirkətlər sırasındadır.

Atilla Qayanın sözlərinə görə, o, mənsub olduğu MHP-nin TBMM-dəki qrupu adından ölkənin rabitə nazirinə dərhal sorğu göndərəcək:“Biz tirajı “Aqos”dan dəfələrlə çox olan “Yeni çağ”, “Ortadoğu” qəzetlərinin THY uçaqlarında yayılması məsələsini gündəmə gətirmişik. Bu məsələ ilə bağlı dəfələrlə rəsmi müraciətlərimiz, görüşlərimiz olub. Ancaq hökumət heç bir halda bu məsələnin gerçəkləşməsinə imkan verməyib. Çünki adını çəkdiyim qəzetlər Türkiyə Cümhuriyyətinin gerçək sahibləri olan türklərin, türk millətçilərinin media quruluşlarıdır. Bunun yerinə THY 10-15 min tirajı olan, ancaq AKP-nin siyasətini dəstəkləyən qəzetlər yayır. Bu, AKP-nin ölkədə hansı siyasət yürütdüyünün, türklərə qarşı hansı mövqedə dayandıqlarının sübutudur. Bu gün Türkiyə hökuməti açıq-aşlar türklərin mənfəətinə olan işlərə əngəl olmaq yolunu seçib. Hər çıxışında Qəzzada, Fələstində, Suriyada baş verənlərdən ağız dolusu danışan baş nazir Ərdoğanın dilindən Qarabağ sözünü eşitmisinizmi, onun erməni vəhşətindan danışdığının şahidi olmusunuzmu? Eşidə bilməzsiniz. Ölkədəki məmurların çoxunun, eləcə də THY məmurlarının da zehniyyəti budur. Ancaq biz bu məsələni dərhal gündəmə gətirərək qərarın ləğv edilməsi üçün çalışacağıq. Çünki Türkiyə dövlətinə bağlı olan heç bir qurum bu ölkənin ərazi bütövlüyünü şübhə altına alan digər bir qurumla işbirliyi yapmamalıdır”.

Geri dön