Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Ermənistan təyyarəsi yox, aeroportun özü bombardımana məruz qalmalıdır.”
Fərəc Quliyev: “Ermənistan təyyarəsi yox, aeroportun özü bombardımana məruz qalmalıdır.” |
Erməni tərəfinin Xocalı aeroportunun qanunsuz fəaliyyətə başlamasına qərar verdiyi gün gəldi. Bu gün ölkəmiz Ermənistanın növbəti təxribatı ilə üz-üzə qala bilər. Serj Sarkisyanın prezident seçkiləri ərəfəsində dilə gətirdiyi “Xocalı aeroportu fevralın 20-sində uçuşa açılacaq” fikri ölkəmizdə ciddi etirazla qarşılanmış və rəsmilərimiz buna cəhd ediləcəyi təqdirdə təyyarənin vurulacağını bildirmişdilər. Verilən məlumata görə, hətta ölkəmizin silahlə qüvvələri bu təxribatın mümkünlüyünü nəzərə alaraq 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilib.
Yaranan bu gərginlik bir sıra əcnəbi analitiklər tərəfindən ciddi müzakirələrə olunur və Dağlıq Qarabağ müharibəsinin yenidən başlayacağından ehtiyat edilir. Bəs, görəsən, həqiqətənmi müharibə ehtimalı bu qədər realdırmı və Azərbaycan hakimiyyəti bu stiasiya qarşısında nə etməlidir? Bu və bənzər sualları cavablandıran Milli Dirçəliş Hərəkatı Partiyasının lideri, millət vəkili Fərəc Quliyev partiyanın mətbuat xidmətinə verdiyi açıqlamasında Xocalı aeropotunun istifadəyə açmasını real saymır və bunu Ermənistan Prezidentinin seçkiqabağı təbliğat üçün dilə gətirdiyinə inanır. Millət vəkilinin fikrincə, öz xalqını yalanla aldatmağa öyrəşən Serj Sarkisyanın verdiyi bəyanatda vəd edilən tarixin seçkidən sonraya təsadüf etməsi də bunun sübutudur: “Ermənistan rəhbərinin fikri ciddi olsaydı Xocalı aeroportunun açılması tarixini seçki öncəsinə təyin edib bundan əlavə divident də əldə edə bilərdi. Vəd olunan zamanın seçkidən dərhal sonraya təsadüf etməsi onu göstərir ki, Ermənistan rəhbərinin özü də bu açıqlamanın real olmadığını görür. Tarixin bu cür seçilməsində məqsəd yalan vədin üzə çıxacağı təqdirdə onun seçki prosesinə təsir göstərməməsini təmin etməkdir.”-deyən millət vəkilinə görə, üzərindən bir neçə gün keçməsinə baxmayaraq Ermənistanın vəd etdiyi vaxtda uçuşu reallaşdırmaması da bəyanatın seçkiqabağı şou olduğundan xəbər verir. Bununla belə, millət vəkili Azərbaycanın yaxın gələcəkdə bu cür üsullarla təxribatlara çəkiləcəyini də istisna etmir. Millət vəkilinin fikrincə, Serj Sarkisyanın məqsədi Xocalı soyqırımının tanınmasıyla bağlı Azərbaycanın dünyada apardığı işə kölgə salmaq və 21 il əvvəl baş vermiş insanlıq suçunu unutdurmağa çalışmaq, beynəlxalq ictimaiyyətin müzakirəsi üçün süni gündəm yaratmaq da ola bilər. Bu səbəbdən də problemə daha uzaqgörənliklə yanaşmanın vacibliyini bildirən millət vəkili görüləcək tədbirlər zamanı həm də beynəlxalq hüquq normalarına uyğun siyasət formalaşdırmağı tövsiyyə edir: “Düzdür, bu cür halları tənzimləyən Çikaqo konvernsiyasının 89-cu maddəsinə görə bizim öz hava sahəmizi düşmən tərəfinə və onun müttəfiqlərinə bağlamaq hüququmuz var . Bununla belə Azərbaycan tərəfinin Çikaqo konvensiyasının 89-cu maddəsinə müvafiq şəkildə görəcəyi tədbirlər Xocalı aeroportuna uçuş həyata keçirəcək mülki təyyarələrin vurulacacağı təəssüratı yaradacağından istər-istəməz ölkəmizə beynəlxalq təzyiqlərin artmasına səbəb ola bilər. ” Digər tərəfdən Ermənistanın uçuşu həyata keçirəcək təyyarənin mülki xarakterli olduğunu açıqlamasını da məkrli siyasətin bir başqa motivi olduğunu düşünən millət vəkilinə görə, məqsəd Azərbaycanı beynəlxalq ictimaiyyətin qınağıyla üz-üzə qoymaqdır. “Ermənistan Xocalı aeroportunun mülki və ticari aviareyslərə aşılmasını bəyan etməklə bizi öz aləmində haqsız duruma salmağı planlaşdırır. Belə ki, bir çox beynəlxalq hüquq normalarına görə mülki və ticari məqsədlə uçuş həyata keçirən təyyarələri vurmaq doğru addım sayılmır. Hətta qarşı tərəf bütün hüquq normalarını pozacağı təqdirdə içərisində mülki insanları daşıyan təyyarə müxtəlif vasitələrlə geri qayıtmağa ya da başqa aeroporta enməyə vadar edilməlidir ki, ölkəmizin Qarabağ səmasında bu tədbiri həyata keçirmək imkanı məhduddur.” Yürütdüyümüz siyasətdə bu kimi nüansların nəzərə alınmasının vacibliyinə toxunan MDHP-nın sədri hesab edir ki, Azərbaycan sözügedən uçuşu gözləmədən Ermənistanın beynəlxalq hüquq normalarını pozduğunu, öz vətəndaşlarından canlı qalxan kimi istifadə etməyə çalışıdığını bəyan etməli və müəyyən əməli tədbirlərə əl atmalıdır: “Məsələn, belə tədbirlərdən biri Xocalı aeroportunun ATC (air traffic control) qülləsini sıradan çıxarmaq ola bilər. Yəni, hədəf atışları nəticəsində aeroport tam yararsız hala salınmalı və rəsmilərimiz bunu mülki vətəndaşlara xətər yetirməmək üçün həyata keçirməyə vadar olduqlarını bildirməlidirlər.” Geri dön |