Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Azərbaycanda tibbi laboratoriyalara dair yeni dövlət standartı qəbul edilib
Azərbaycanda tibbi laboratoriyalara dair yeni dövlət standartı qəbul edilib |
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tibbi laboratoriyaların keyfiyyət və səriştəliliyinə dair yeni AZS ISO 15189:2024 “Tibbi laboratoriyalar – Keyfiyyət və səriştəliliyə dair tələblər” dövlət standartını qəbul edib.
Yeni dövlət standartının qəbul edilməsində məqsəd tibbi laboratoriyaların keyfiyyətinə və səriştəliliyinə inam yaratmaqla pasiyentlərin rifahını və laboratoriya istifadəçilərinin məmnunluğunu təmin etməkdir. Sözügedən standart laboratoriya istifadəçiləri, eləcə də nəzarət və akkreditasiya orqanları tərəfindən tibbi laboratoriyaların səlahiyyətlərinin təsdiqi və ya tanınması üçün də tətbiq ediləcək. Yardım məntəqələrindəki müayinələrə də şamil edilməsi nəzərdə tutulan yeni standart aidiyyəti dövlət qurumları ilə müvafiq qaydada razılaşdırılaraq “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirə olunub və İnstitut onu təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib. Geri dön |