Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran diplomatı Norveçdən siyasi sığınacaq istəyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Güney Azərbaycan xəbərləri > İran diplomatı Norveçdən siyasi sığınacaq istəyib

İran diplomatı Norveçdən siyasi sığınacaq istəyib


İranın Norveçdəki səfirliyinin əməkdaşı Norveç hökumətindən siyasi sığınacaq istəyib.Bu barədə yerli “Dagbladet” qəzeti yazıb.

Qəzet iranlı diplomatın 2012-ci ilin dekabr ayında Norveç hökumətinə müraciət etdiyini, ancaq rəsmi Oslonun və bu ölkənin Xarici İşlər Nazirliyinin həmin şəxsin siyasi sığınacaq tələbinə hələlik cavab vermədiyini qeyd edib. Eyni zamanda İran tərəfindən də məsələyə heç bir münasibət bildirilmədiyi yazılıb.

“Dagbladet” hazırda ailəsi ilə birlikdə Norveçdə yaşayan diplomatın yerinin gizli saxlanıldığını vurğulayıb. “Radiofərda” isə öz mənbələrinə əsaslanaraq, həmin şəxsin İranın Norveçdəki səfirliyində ikinci katib işləmiş və maliyyə məsələlərindən məsul olmuş Məhəmmədrza Zarei olduğunu dəqiqləşdirib. Diplomatın missiyası başa çatsa da, İrana qayıtmaqdan imtina edərək Norveç hökumətindən siyasi sığınacaq istəyib.

Qeyd edək ki, bu, son 4 ildə Avropa ölkələrindən siyasi sığınacaq istəyən beşinci İran diplomatıdır. Bundan əvvəl 2010-cu ilin yanvarında İranın Oslodakı baş konsulu Məhəmmədrza Heydəri, 2010-cu ilin sentyabrında İranın Finlandiyadakı səfirliyinin ikinci katibi Hüseyn Əlizadə, 2010-cu ilin sentyabrında İranın Belçikadakı səfirliyinin ikinci katibi Fərzad Fərhəngiyan, 2010-cu ilin dekabrında isə İranın Milandakı baş konsulu Əhməd Məliki tutduqları vəzifələrindən istefa veriblər. Buna səbəb İranda 2009-cu ildə Mahmud Əhmədinejadın qələbəsi ilə sonuclanmış prezident seçkilərinin nəticələrinə etiraz olaraq keçirilmiş aksiyaların xüsusi qəddarlıqla yatırılması, nümayişçilərə divan tutulması, qətlə yetirilməsi, kütləvi həbslərin həyata keçirilməsi və s. olub.

Geri dön