Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Baş nazir: Britaniya Aİ ilə münasibətlərin bərpasını istəyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Baş nazir: Britaniya Aİ ilə münasibətlərin bərpasını istəyir

Baş nazir: Britaniya Aİ ilə münasibətlərin bərpasını istəyir


Böyük Britaniya və Almaniya bundan sonra da Ukraynaya siyasi, iqtisadi və hərbi dəstəyi davam etdirəcək.

Bu barədə hər iki ölkənin hökumət rəhbərləri Kir Starmerlə Olaf Şolts Berlindəki birgə mətbuat konfransında bildiriblər.
Kir Starmer deyib ki, Ukrayna təkcə özü üçün deyil, Avropa naminə də mübarizə aparır. Böyük Birtaniyanın hökumət başçısı həmçinin krallığın Avropa İttifaqı (Aİ) ilə münasibətlərin bərpasını istədiklərini də əlavə edib:

“Lakin bu, heç də “Brexit”in nəticələrinin ləğvi demək deyil. Biz sadəcə Avropa İttifaqı ilə siyasət, iqtisadiyyat, eləcə də hərbi sənaye sahələrində əməkdaşlıq etmək istəyirik. Ölkəmiz bundan sonra da öz maraqlarının müdafiəsini təmin edəcək. Hər iki dövlət arasında Yaxın Şərq məsələsində də ortaq mövqe mövcuddur. Hesab edirik ki, İsrail özünümüdafiə hüququna malikdir”.

Tərəflər ilin sonunadək Aİ ilə Böyük Britaniya arasında ticarət sazişinin imzalanacağına ümidvar olduğunu bəyan edib.


Geri dön