Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb


2025-ci ilin sonuna Azərbaycanın ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi proqnozlaşdırılıb.
Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

İqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnozlara əsasən, 2028-ci ildə isə ÜDM-in 150,8 milyard manata qədər, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 117,2 milyard manata qədər artacağı gözlənilir.

Qeyd edilib ki, orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,35 faiz, qeyri-neft/qaz ÜDM-in 5,0 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə isə ÜDM-in real ifadədə 0,3 faiz artacağı proqnozlaşdırılır.

Hökumət 2025-ci il üzrə ölkədə 3,5%, 2026-cı il üzrə 2,8%, 2027-ci il üzrə 3,8% və 2028-ci il üzrə 3,3% iqtisadi artım proqnozlaşdırır.


Geri dön