Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa Parlamenti Aİ ölkələrini Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verməyə çağıran qətnamə qəbul edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Avropa Parlamenti Aİ ölkələrini Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verməyə çağıran qətnamə qəbul edib

Avropa Parlamenti Aİ ölkələrini Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verməyə çağıran qətnamə qəbul edib


Avropa Parlamenti Avropa İttifaqı ölkələrini Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə məhdudiyyətləri aradan qaldırmağa çağıran qətnamə qəbul edib.

Mətni Avroparlamentin saytında yerləşdirilən sənədin lehinə 425, əleyhinə isə 131 deputat səs verib. 63 nəfər isə bitərəf qalıb.

Qətnamədə deyilir ki, məhdudiyyətlər ləğv olunmadığı üçün Ukrayna indiki şəraitdə özünümüdafiə hüququnu tam şəkildə həyata keçirə bilmir.

Sənəddə həmçinin Ukraynaya təchiz olunan silah-sursat və hərbi texnikanın azlığı da xüsusilə vurğulanır, Avropa İttifaqı və NATO Ukraynanın hər il ümumdaxili məhsulunun 0,25 faizi həcmində silah və hərbi texnika ilə təchiz etməklə bağlı öhdəlik götürməyə çağırılır.

Qətnamənin mətnində Avropa İttifaqının Rusiya da daxil olmaqla Belarus və Rusiya tərəfini silah və hərbi texnika ilə təmin edən ölkələrə qarşı sanksiyaları gücləndirməli olduğu qeyd edilir.

Avroparlamentarilərin qətnaməsində bir qədər əvvəl İran və Şimali Koreyanın Rusiyaya ballistik raketlər göndərməsini pisləyərək, bu dövlətlərin əleyhinə məhdudiyyətlərin daha da genişləndirilməsinin vacibliyi də göstərilib.

Qətnamənin daha bir müddəası Çini təmsil edən daha çox iş adamının adının Avropa İttifaqının sanksiya siyahısına daxil edilməsi, eləcə də Aİ-nin sanksiyalarına rəğmən Avrozona, eləcə də bu ittifaqa üzv olmayan ölkələrin Rusiya ilə əməkdaşlıq edən şirkətlərinə qarşı sərt tədbirlərin görülməsi ilə bağlıdır.

Sənədin müddəaları arasında Rusiyanın Aİ ərazisindəki aktivlərinin Ukraynanın bərpasına yönəldilməsi məsələsi də yer alıb.

Qətnamə ilə Aİ-yə üzv dövlətlərin üzərinə daha bir öhdəlik qoyulub. Belə ki, sənədin mətnində bu ölkələrin Ukraynaya beynəlxalq dəstəyin artırılması və münaqişənin sülh yolu ilə həllinin tapılması yollarını axtarmalı olduğu göstərilib.

Bildirilib ki, Rusiya-Ukrayna münaqişəsinin həllini nəzərdə tutan istənilən qərar və ya qətnamə istisnasız olaraq Ukraynanın suverenliyi və ərazi bütövlüyünə əsaslanmalıdır.

Bütün bunlarla yanaşı, Avropa Parlamenti Aİ və onun tərəfdaşlarını dondurulmuş Rusiya aktivlərinin müsadirəsi və Ukraynaya yönəldilməsi üçün hüquqi mexanizmlər hazırlamağa çağırıb.

Geri dön