Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ADY Bakı-Sumqayıt marşrutu üzrə yeni tarifləri açıqlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > ADY Bakı-Sumqayıt marşrutu üzrə yeni tarifləri açıqlayıb

ADY Bakı-Sumqayıt marşrutu üzrə yeni tarifləri açıqlayıb


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada tətbiq olunacaq yeni tarifləri açıqlayıb.

ADY-dən verilən məlumata görə, yeni tariflər bu ilin 25 sentyabr tarixindən qüvvəyə minir.

ADY-nin tətbiq etdiyi məsafə əsaslı tarif siyasətinə əsasən, sərnişinlər minimum 0,40 AZN ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 0,10–0,20 AZN arası artırılacaq.

Bütün bu yeniliklər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və tətbiq olunan yeni qiymət siyasəti daha təhlükəsiz və keyfiyyətli xidmət təqdim etməyə yönəlib.

“APA-Economics” bu ilin 25 sentyabr tarixindən tətbiq olunan yeni tarif cədvəlini təqdim edir:
ADY Bakı-Sumqayıt marşrutu üzrə yeni tarifləri açıqlayıb

Geri dön