Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ Ermənistanda hakimiyyət çevrilişi edə bilər - AÇIQLAMA
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > ABŞ Ermənistanda hakimiyyət çevrilişi edə bilər - AÇIQLAMA

ABŞ Ermənistanda hakimiyyət çevrilişi edə bilər - AÇIQLAMA


Cümşüd Nuriyev: “Amerika Yaxın Şərq planını dəyişməsə Ermənistanda inqilab mümkün olacaq”
Serj Sərkisyanın prezident seçilməsi ilə əlaqədar ölkədə narazı qüvvələrin sayı durmadan artır. Bəzi siyasi analitiklər Ermənistanın böyük inqilab ərəfəsini yaşadığını hesab edirlər. “Ermənistanda inqilabın baş verəcəyi o qədər də inandırıcı deyil. Serj Sərkisyanı Rusiya seçib, xalq seçməyib. Bu birmənalıdır. Çünki, Qarabağ klanının Ermənistanda gücü və siyasi dayağı yoxdur” deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə Rusiyanın məqsədi ABŞ-ın adamı Rafi Avanesyan yox, Serj Sərkisyanı hakimiyyətdə qoruyub saxlamaqdır: “Bu daha çox ABŞ-ın təkidlərindən asılı olacaq. Əgər Amerikanın Yaxın Şərq planı dəyişibsə Ermənistanda başlayan inqilab davam etməyəcək. Ermənilər başladıqları bu iğtişaşlara “Ərik inqilabı” deyirlər. Ermənistanda “əriyin” yetişməsi üçün münbit şərait o qədər də güclü deyil. Amma, bunun əminliklə baş tutmayacağını da demək çətindir. Həm də Avanesyan bu məsuliyyəti öz üzərinə götürən adam deyil. O, ABŞ-da doğulub, orada təhsil alıb. Avanesyan məsələni mədəni yollarla həll etməyə çalışır və buna inanır. İnqilab mədəniyyəti sevmir, bu birmənalıdır. İnqilab qanı, iradəni və xarizmanı sevir. Avanesyanın da xarizması yoxdur. Amma, ondan fərqli olaraq Sərkisyan Qarabağda əllərini azərbaycanlıların qanına batırıb, bu adam vampirdir, qan hərisidir. Sərkisyan genosiddə iştirak etməklə yanaşı həm də siyasi vampridir. Açığı inqlilabın Ermənistanda inkişaf edəcəyi inandırıcı deyil. Qarşıdurmalar sakit məcrada davam etdiriləcək. Avanesyanın silahlı qarşıdurmaya, güclə hakimiyyətin üzərinə gedən tipi yoxdur. Hələ ki, Ermənistanda “əriyin çiçəklənməsi” dövrüdür. Hesab edirəm “Ərik” yetişməmiş çiçəyi töküləcək”

Geri dön