Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP Güney Azərbaycan Depatamentinin ermənilərin Xocalı sakinlərinə qarşı törətdikləri soyqırımın 21-ci ildönümü münasibətilə bəyanatı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar, Güney Azərbaycan-Təbriz > MDHP Güney Azərbaycan Depatamentinin ermənilərin Xocalı sakinlərinə qarşı törətdikləri soyqırımın 21-ci ildönümü münasibətilə bəyanatı

MDHP Güney Azərbaycan Depatamentinin ermənilərin Xocalı sakinlərinə qarşı törətdikləri soyqırımın 21-ci ildönümü münasibətilə bəyanatı


Bəyanat

Hörmətli soydaşlar!

Məlum olduğu kimi,1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, ermənilərin Daglıq Qarabag ərazisindəki qeyri-qanuni silahlı dəstələri Xankəndidə yerləşən rus qoşunlarının 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt etdilər və Azərbaycan xalqına qarşı növbəti soyqırım həyata keçirildi. Bu soyqirim nəticəsində bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın , 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürüldü, 8 ailə tamamilə məhv edildi, 467 nəfər yaralandı (76-sı uşaq), yüzlərlə insan əsir (1275 nəfər) və girov götürüldü, itkin düşdü (150 nəfər), 1000 – dən artıq ev yerlə-yeksan oldu.
Müxtəlif tarixi mərhələlərdə erməni qəsbkarlarının azərbaycan türklərinə qarşı davamlı olaraq törətdikləri cinayətlər kimi, Xocalı soyqırımı da xüsusi amansızlıqla həyata keçirilmişdi: erməni cəlladları insanları diri-diri ağır işgəncələrə və təhqirə məruz qoyaraq onların başlarının dərisini soymuş, başlarını və bədənlərinin digər orqanlarını kəsmiş, uşaqların dərisini soymuş, gözlərini çıxarmış, hamilə qadınların qarnını yararaq ana bətnində olan uşaqları doğramışlar. Qətliamın xüsusi amansızlıqla törədilməsi ingilis, fransız, alman, amerikanlı jurnalistləri dəhşətə salmışdı. XX əsrin sonunda ermənilərin törətdikləri bu dəhşətli cinayət bütünlükdə insanlığa və bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir. Buna görə də beynəlxalq təşkilatlar, dünya dövlətləri Ermənistanın Azərbaycan ərazisində törətdiyi hərbi-siyasi təcavüzə, terror əməllərinə, Azərbaycana qarşı yürütdüyü aqressiv və cinayətkar siyasətə münasibət bildirməli və Xocalı soyqırımına beynəlxalq siyasi – hüquqi qiymətin verilməsi istiqamətində obyektiv mövqedən çıxış etməlidirlər.
Xocalı soyqırımından 21 il keçir və təəssüf ki, Azərbaycan əraziləri hələ də işğal altındadır. Bu gün Güneyli, Quzeyli bütün Azərbaycan Vətən uğrunda şəhid olan insanlarımızın ruhu qarşısında məsuliyyət daşıyır. Ona görə də millətimiz yalnız öz qüvvəsinə güvənərək torpaqlarımızın azad olunması üçün səfərbər olmalıdır.
Milli Dirçəliş Hərəkatı Partiyası,Güney Azərbaycan Departamenti bəyan edir ki, Güney Azərbaycanda yaşayan 40 milyondan çox Azərbaycan Türkü erməni terrorçuları tərəfindən millətimizə qarşı törədilmiş soyqırım aktlarını, özəliklə Xocalı soyqırımını heç zaman unutmayacaq və Azərbaycanımızın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün milli səfərbərliyə qoşulmağa hər an hazırdır.
Ulu Tanrıdan,Azərbaycanımızın ərazi bütövlüyü və İstiqlalı uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə rəhmət diləyirik.
ALLAH RƏHMƏT ELƏSİN!
Milli Dirçəliş Hərəkatı Partiyası,Güney Azərbaycan Departamenti

25.Fevral 2013-ci il

Geri dön