Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ağ Ev Azərbaycanla bağlı saytında yerləşdirilmiş iki petisiyaya münasibət bildirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm > Ağ Ev Azərbaycanla bağlı saytında yerləşdirilmiş iki petisiyaya münasibət bildirib

Ağ Ev Azərbaycanla bağlı saytında yerləşdirilmiş iki petisiyaya münasibət bildirib


Petisiyalar Xocalı soyqırımının ildönümü və Azərbaycan torpaqlarının işğal edilməsi ilə bağlıdır.

Amerikada fəaliyyət göstərən soydaşlarımızın məlumatına görə, Ağ Evin cavabında bildirilir ki, Ermənistan və Azərbaycan arasında baş verən müharibədə verilən faciəli itkilər bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur.

“Yalnız uzunmüddətli sülh sazişi regiona sabitlik, çiçəklənmə gətirə bilər. ABŞ Minsk Qrupunun həmsədri kimi, münaqişə tərəfləri ilə bu istiqamətdə işləməyə davam edəcək”, - deyə Ağ Evin cavabında qeyd olunur.

Xatırladaq ki, hər iki petisiyaya 100 mindən çox insan qoşulub. Belə olan halda prezident və digər səviyyələrdə petisiyalara münasibət bildirilir. Lakin göründüyü kimi, petisiyalara prezident Barak Obama tərəfindən deyil, Ağ Evdən ümumi şəkildə münasibət açıqlanıb.

Geri dön