Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Bakıda Türkiyə Cümhuriyyətinin qurulmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
Bakıda Türkiyə Cümhuriyyətinin qurulmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib |
Bakıda Türkiyə Cümhuriyyətinin qurulmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.
Mərasimdə Azərbaycan hökumətini Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib. Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin yaradılmasının 101-ci ildönümü münasibətilə videomüraciəti yayımlanıb. O, bildirib ki, ölkəsinin regionda sülh və sabitliyin bərqərar olması istiqamətində apardığı mübarizənin öz məqsədinə çatmasını nə bölgəni qana bulayanlar, nə də onları dəstəkləyənlər əngəlləyə bilər. R. T. Ərdoğan Türkiyənin bundan sonra da öz məqsədlərinə doğru inamla irəliləyəcəyinə əminliyini ifadə edib. "Çoxsaylı xain oyunları və hücumları boşa çıxararaq bu günlərə gələ bilmişik. Qarşımızda artıq aşmağa ehtiyac duyduğumuz az sayda əngəl qalıb. 40 ildir enerjimizi tükədən terror bəlasını bütün imkanlardan istifadə edərək tarixə göndərməyimiz lazımdır. Ötən ildəki Cümhuriyyət bayramı təbrikimdə də qeyd etdiyimiz kimi nə ediriksə, güclü Türkiyənin mövcudluğunun davamlılığı üçün edirik. Siyasi baxışlarından asılı olmayaraq hər kəsin yanımızda olacağına ürəkdən inanırıq". Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib ki, ölkəsi daim dəstəyə ehtiyacı olan dövlətlərin yanındadır. Onun sözlərinə görə, hazırda bütün dünya Türkiyə ilə Azərbaycan arasında tayı-bərabəri olmayan bir qardaşlığa şahidlik edir. Diplomat həmçinin 44 günlük Vətən müharibəsindəki qələbəmizə də toxunub. Səfir onu da vurğulayıb ki, əzmkarlıq nəticəsində zəfər qazanan Azərbaycan bu gün eyni qələbəni diplomatiya cəbhəsində də əldə etməkdədir. C. Bağçının fikrincə, hazırda bölgədə sülhün təminatı üçün yaranmış mükəmməl fürsətdən yararlanmaq zamanıdır: O əlavə edib Türkiyə Qarabağın bərpası prosesində strateji rol oynamaqdadır. Azərbaycan hökuməti adından çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bu gün dünya miqyasında inamlı qələbələr əldə edən Azərbaycanla Türkiyə arasındakı uğurlu İkitərəfli münasibətlərdən danışıb: "Bu əlaqələri səciyyələndirən ən böyük xüsusiyyət xalqlarımızın daim birlikdə olması və bir-birini dəstəkləməsidir. Azərbaycanın Qarabağda qazandığı qələbəsində Türkiyənin birmənalı siyasi və mənəvi dəstəyi rol oynayıb. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Energetika, hərbi, mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlığımız dünya miqyasında nümunədir. Bu qardaşlıq münasibətləri elmi-texniki tərəqqiyə xidmət edir. Bu gün Azərbaycan və Türkiyə dünyada sülh təşəbbüsləri ilə çıxış edir". Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Geri dön |