Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP-dəki son təyinatlarla bağlı açıqlama.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar > MDHP-dəki son təyinatlarla bağlı açıqlama.

MDHP-dəki son təyinatlarla bağlı açıqlama.


Milli Dirçəliş Hərəkatı Partiyasındakı son təyinatlar KİV-də dartışmalara səbəb olduğundan bu məsələlərə aydınlıq gətirmək üçün MDHP sədrinin İdeoloji məsələlər üzrə müavini Tahir Seyidov davam.az saytına açıqlama verdi.
Tahir Seyidov bildirdi ki, MDHP sədrinin sərəncamları iki qisimdə olub ki hazır olan və hazırlanma aşamasında olan sərəncamlar.
"Mətbuat Xidmətinin rəhbəri ilə bağlı sərəncam hazırlanma aşamasında olan sərəncam kimi imzalanmayıb. Səbəb isə qələminə hörmətlə yanaşdığım və uzun illər tanıdığım Heydər Oğuzun siyasi təşkilata üzv olmaq istəməməsi ilə siyasətdənkənar yazar kimi fəaliyyət göstərməsi istəyi ilə bağlı imzalanmayıb. Yəni bir siyasi təşkilatın mətbuatla işləyən rəhbəri təşkilatın üzvü olmaqla bərabər həmin təşkilatın ideoloji və siyasi xəttinə uyğun davranış sərgiləməlidir. Bunun üçün isə təşkilat üzvü olması şərtdir.
Sədrin müşavirlərinə gəlincə bildirmək istəyirəm ki, müşavirlik institutu sədrin səlahiyyətindədir və sədr, məsləhətçi missiyası daşıyan müşavirlərin məsləhət və araşdirmalarından istifadə edir və ölkə qanunları çərçivəsində fəaliyyət göstərir və eyni zamanda fəaliyyəti ilə bağlı qurultay qarşısında məsuldur.
Qərbin qrantlarını müxtəlif vasitə və yöntəmlərlə alan, gündə bir cür rəngə bürünənlər "Türk Dünyası" adı gələndə nədənsə müxtəlif yollarla bu yolun qarşısını almağa çalışırlar. MDHP-də Türk Dünyası işləri üzrə sədrin müşaviri Mehmet Akçay MDHP üzvü deyil, qeydə alınmış nizamnaməmiz çərçivəsində fəaliyyət göstərir.
Türk dövlətlərini bayrağı varsa, Türk dövlətlərinin birgə ordusu yaranmaq ərəfəsindədirsə, gələcəkdə Türk dünyasını əhatə edəcək siyasi təşkilatlar da yaranmalıdır. Bizlər Türkiyə, Azərbaycan və Ortalıq Asiya Türk Dövlətləri olaraq, bir milləti gələcəyə aparmaq düşüncəsindəyik və buna kimsə mane ola bilməz."
Tahir bəy onu da bildirdi ki, özlərini müxalifət adlandıran və övladları avropada girov olan bu kişilər əslində nə etdiklərini bilmirlər.

DAVAM.AZ

Geri dön