Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev > Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının Zəfər Bayramı TƏBRİKİ
Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının Zəfər Bayramı TƏBRİKİ |
Böyük millətimiz, əziz xalqımız!
Sizi qarşıdan gələn “Zəfər Bayramı” və “Bayraq Günü” münasibətləri ilə Milli Dirçəliş Hərəkatı olaraq təbrik edirik! Qazandığımız Zəfər sayəsində Bayrağımızın işğalda olan Vətən torpaqlarında yenidən dalğalanmasını görməkdən qürurlu heç nə ola bilməz. Bu Zəfər millət olaraq qarşımızda duran milli hədəflərimizdən ən önəmlilərdən birinə çatmağımızdır. Milli hədəflər fəth edildikcə millət böyüyür ,böyük millətə çevrilir. Milli hədəflərdən birinə çatmağımız digər milli hədəflər uğrunda mübarizədə daha əzmli olmağımıza stimul verir. Bu qələbədən sonra Türk dövlətləri arasında əməkdaşlıq və birlik istiqamətində görülən işlərin miqyasının artması,Türk Dövlətlər Təşkilatının (TDT )sonuncu zirvə toplantısında qəbul olunan mühüm qərarlar da təsadüfi deyil. Millətimizin addım səsləri Turan yolundan gəlir,üfüqdə “Qızıl Alma” hədəfi görünür. Qazandığımız Zəfər bizi “kiçik dövlətlər” sırasından artıq çıxarmışdır. “Böyük dövlət” adlandırılanların dünyaya qorxu saçan silahlarını əsir və yararsız şəkildə paradımızda öz bayraqlarımız altından keçirib, sonra da şəhərin mərkəzindəki Hərbi Qənimətlər Parkında sərgiləməyimiz “Böyük”-“Kiçik” anlayışlarını da dəyişdi. Artıq hər kəs anlayıb ki,Azərbaycana düşmən kimi gələnlərə yalnız torpağımızın altında yer vardır. Təsadüfi deyil ki, 1989-cu ildə ilin ən mübariz xalqı adlandırılan xalqımız,2020-ci ildə ilin ən döyüşkən xalqı elan olundu.Deməli, bu millətimizin mahiyyətidir.Buna hər dəfə biləyimizin gücü, dərin dövlət ağlı, Xalqımızın birliyi ilə nail olduq. Bu qüruru bizə yaşadan Şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə şəfa, can sağlığı diləyirik.Qələbəmizi təmin edən əsgər, zabit və generallarımızı, Ali Baş Komandanımızı ,Xalqımızı, hansı coğrafiyada yaşamasından asılı olmayaraq bütün Türk millətini təbrik edirik! İndi bizim Bayraq daha Ucadı! Bütöv Azərbaycanın hər yerində Bayrağımızın dalğalanması və bütün milli hədəflərimizə çatmağımız diləyi və iddiası ilə Milli Dirçəliş Hərəkatı (MDH) partiyası. MDH mətbuat xidməti. Geri dön |