Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyi.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Bildiriş > Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyi.

Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyi.


Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2013-cü ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşovun anadan olmasının 150 illiyi tamam olur.

Şərq mədəniyyətinin xüsusiyyətlərini və Avropanın demokratik dəyərlərini üzvi şəkildə birləşdirməklə xalqımızın tarixi nailiyyəti kimi meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında, onun beynəlxalq aləmin subyekti olaraq dünya dövlətləri tərəfindən tanınması və diplomatik münasibətlərinin qurulmasında böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 fevral 2013-cü il.


***********


Əlimərdan bəy Topçubaşov 1884--cü ildə nəyi bitirib?
Zaqafqaziya Müəllimlər Seminariyasını , yoxsa Tiflis Gimnaziyasını ?


Bəlkə də haqqında söz açdığım xəbər Əlimərdan bəy Topçubaşov haqqında mətbuatda verilən ilk xəbərdir.
"Ziyayi-Qafqasiyyə"qəzetinin 26 iyun 1884-cü il tarixli 11-ci nömrəsində dərc olunmuş bir yazını dyişdirmədən, olduğu kimi oxucuların diqqətinə çatdırıram:

"Qori Darülmüəllimün Məktəbinin şagirdlərinə bu ildə (1888-ci ildə -N.N.) imtahanın nəticəsi bu olubdur ki, 35 nəfər şagirdlər çox əla imtahan dutub, cümləsinə (attestat) şəhadətnamə verilübdür.Bunlardan 13-ü rusdur,7-si gürcüdür,4-ü polyakdır və 1 yəhudidir... və bir ğreqdir və 2 dəxi islamdır. Bu islamlardan biri Şuşa şəhrinin bəyzadələrindən Nəsrulla vəy Tahirovdur və bir dəxi Tiflis bəyzadələrindən ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOVDUR"

Maraqlı burasındadır ki, Ə.M.Topçubaşov haqqında elmi tədqiqat işi yazanların hamısı onun 1884--cü ildə Tiflis Gimnaziyasını qurtardığınıdan söz açırl.
"Ziyayi-Qazfqasiyyə" qəzetinin naşiri və sahibi -imtiyazı Səid Əfəndi Ünsizadə dövrünün savadlı adamlarından biri idi. O,təbii ki, gimnaziya ilə seminariyanı fərqləndirməyi bacarırdı.S.Ünsizadənin pedaqoji yazılarında da , qəzetdə Ezop manerası ilə çap etdirdiyi xəbərlərdə də bu fərqləndirmə aydın görünür.

Bizi hələ də narahat edən bu məsələni aydınlaşdırmaq üçün bir çox mənbəələrə müraciət etdik. Bu barədə ilk dəfə Taleh Həmidovun başçılıq etdiyi "Yeni fikir" qəzetinin 24 iyul 1991-ci il tarixli 29-cu nömrəsində oxucuları fikir mübadiləsinə çağırmışdıq. Təəssüf ki, o vaxt oxucular və onların ən operativ nümayəndələri sayılan tədqiqatçılar
"Ə.M.Topçubaşov 1884-cü ildə Tiflis Gimnaziyasını, yoxsa Qori Müəllimlər Seminariyasını bitirmişdir?
sualına münasibət bildirmədilər. Hər halda fakt olan yerdə xatirələrə üstünlük vermirlər.

İnanıram ki, yubiley ərəfəsində bu dəfəki retro-xəbər Ə.M.Topçubaşov tədqiqatçılarını bu barədə tutarlı söz deməyə yönəldəcəkdir.


Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının
Azərbaycan dili və ədəbiyyatı bölməsinin üzvü,
Avropa Azərbaycan Məktəbinin kafedra müdiri.

25.02.2013-cü il.

Geri dön