Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Venesiya Komissiyasının Azərbaycanın “Siyasi partiyalar haqqında” qanununa rəy verməsi barədə danışmaq tezdir, iş davam etdirilir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > “Venesiya Komissiyasının Azərbaycanın “Siyasi partiyalar haqqında” qanununa rəy verməsi barədə danışmaq tezdir, iş davam etdirilir”

“Venesiya Komissiyasının Azərbaycanın “Siyasi partiyalar haqqında” qanununa rəy verməsi barədə danışmaq tezdir, iş davam etdirilir”


Avropa Şurası Venesiya Komissiyası (VK) Azərbaycanın “Siyasi partiyalar haqqında” qanununa veriləcək rəyin layihəsi üzərində işi davam etdirir.

Bu barədə APA-ya Venesiya Komissiyasının seçki və referendumlar şöbəsinin rəhbəri Sergey Kuznetsov məlumat verib. Azərbaycan hökumətinin VK-nın irəli sürdüyü bəzi təkliflərlə razılaşmamasına münasibət bildirən S. Kuznetsov oktyabrda keçirilən plenar sessiyada Azərbaycan tərəfi ilə fikir mübadiləsi aparıldığını qeyd edib: “Lakin Venesiya Komissiyasının qanuna rəy verdiyi barədə danışmaq tezdir, biz rəyin layihəsi üzərində işləyirik”.

S. Kuznetsov bildirib ki, rəy layihəsini müzakirə etmək üçün Venesiya Komissiyası nümayəndələrinin Azərbaycana səfəri gözlənilmir. Komissiya bu rəy layihəsinə dekabrda keçiriləcək növbəti plenar sessiyada yenidən baxacaq.

Xatırladaq ki, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bəyan edib ki, Azərbaycan tərəfi Venesiya Komissiyasının bəzi təklifləri ilə, o cümlədən xarici vətəndaşlara Azərbaycanda partiya təsis etmək, partiyaları maliyyələşdirmək və onlara üzv olmaq imkanının yaradılması təklifi ilə razı deyil. Əli Həsənov qeyd edib ki, bu tendensiya Avropa Birliyinə aiddir, onun Azərbaycanda tətbiqi mümkün deyil.

Geri dön