Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > The Times: Mahmud Əhmədinejad dini dövlətdən ayırmağı planlaşdırır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > The Times: Mahmud Əhmədinejad dini dövlətdən ayırmağı planlaşdırır

The Times: Mahmud Əhmədinejad dini dövlətdən ayırmağı planlaşdırır


İran prezidenti Mahmud Əhmədinejad dini dövlətdən ayıracaq.Bu barədə Böyük Britaniyada nəşr olunan “The Times” qəzeti yazıb.

Qəzet yazır ki, İran Konstitusiyasına əsasən M. Əhmədinejad üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürə bilməyəcək və o, siyasi varisi vasitəsilə mollalara qarşı müharibəyə başlayıb. Qəzetin iddiasına görə, İran prezidenti sağ qolu olan İsfəndiyar Rəhim Məşayinin namizədliyinin qəbul edilməməsi halında ali dini lideri Əli Xamneyinin nəzarəti altında olan “Şuraye Negahban”ın (İran Konstitusiyasına Nəzarət Şurası) seçkiləri həyata keçirməsinə mane olacağı ilə təhdid edib. Eyni zamanda qəzet yazır ki, ayətullah Xamneyi ilə apardıqları mübarizədə M. Əhmədinejad və İ. Məşayi ali dini liderin siyasətdəki təsirini dörd il içərisində ölkə Konstitusiyasını dəyişdirərək məhdudlaşdırmağı planlaşdırır. Adı açıqlanmayan iranlı bir mənbə isə bir yığıncaqda İ. Məşayinin “məscid və dövlətin ayrılması”nı dəstəklədiyini söyləyib.

Geri dön