Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ATƏT-in Minsk qrupunun həmsədrləri illik fəaliyyət üzrə məruzələrini ATƏT-in Daimi Şurasına təqdim ediblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > ATƏT-in Minsk qrupunun həmsədrləri illik fəaliyyət üzrə məruzələrini ATƏT-in Daimi Şurasına təqdim ediblər

ATƏT-in Minsk qrupunun həmsədrləri illik fəaliyyət üzrə məruzələrini ATƏT-in Daimi Şurasına təqdim ediblər


ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik illik fəaliyyət üzrə məruzələrini bu gün ATƏT-in Daimi Şurasına təqdim ediblər.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik səylərini ümumiləşdirən həmsədrlər qeyd ediblər ki, ötən il regiona səkkiz dəfə səfər ediblər və Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan ilə ayrı-ayrılıqda müxtəlif yerlərdə 14 görüş keçiriblər. Həmsədrlər həmçinin, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin region xalqları arasında daimi baryer olmadığını və bütün tərəflər hazır olduqda atəşkəs rejiminin qorunmasında hərbi koordinasiyanın mümkünlüyünü nümayiş etdirmək üçün son 4 ayda təmas xəttini dörd dəfə piyada keçiblər.

Hər üç vasitəçi olan dövlətlərin davamlı fəaliyyətini qeyd edən həmsədrlər bir daha bildiriblər ki, münaqişənin hərbi yolla həll edilməsi yolverilməzdir və status kvo-nun dəyişdirmək, sülhə nail olmaq üçün qərara gəlməkdə tərəflərin siyasi iradəni nümayiş etdirməyi mühüm rol oynayır.

Həmsədrlər həmçinin danışıqların atmosferinin yaxşılaşdırılması, atəşkəs rejiminə riayət olunması və region xalqları arasında qarşılıqlı anlaşmaya yardım edilməsinə istiqamətlənmiş əlavə səylər barədə danışıblar.

ATƏT-in Minsk qrupunun həmsədrləri bu ayın sonunda bu məsələyə dair təkliflər üzərində işləmək və danışıqlar prosesinin davamını müzakirə etmək üçün regiona səfər etməyi planlaşdırırlar.

Geri dön