Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Seymur Həsənli: “Onlar milli məsələlərdə mövqe qoymurlar”
Seymur Həsənli: “Onlar milli məsələlərdə mövqe qoymurlar” |
Tarixin axını göstərdi ki, bugünkü radikal müxalifət üzərinə ancaq dağıdıcı missiya götürüb. Elə Xocalı soyqırımı ətrafında baş verənlər də bunun təsdiqidir. Artıq dünya səviyyəsində Xocalı soyqırımının tanınması üçün ölkə hakimiyyəti tərəfindən müvafiq addımlar atılır. Lakin bu soyqırımın dünya ictimaiyyəti tərəfindən tanınması üçün radikal müxalifət tərəfindən hansısa addım atılmayıb. Əvəzinə, həmişəki kimi yenə hakimiyyətdən beynəlxalq təşkilatlara donoslar yazılır.
Milli Dirçəliş Hərəkatı Partiyasının ictimaiyyətlə əlaqələr üzrə müşaviri Seymur Həsənli bildirir ki, milli məsələlərdə müxalifət - iqtidar yanaşmaları doğru deyil: "Milli məsələlərdə həmrəylik nümayiş etdirmək lazımdır. Ötən il Xocalı Soyqırımı ilə əlaqədar bizdə xalq yürüşü baş vermişdi. Amma bəzi qurumlar, xüsusi ilə İctimai Palata ayrıca olaraq virtual resurslarında, qəzetlərində işıqlandırmışdılar ki, İctimai Palata yürüş etdi. Amma əslində ora bütün xalq yürüş etmişdi. Burda bölünmə qoymaq düzgün deyil. Həm də anma tək bu gün yox, hər gün bizim siyasətimizin prioritet sahəsi olmalıdır. Yəni, Xocalı bizim dünyaya çıxmaq üçün bir sənəddir. Amma tarixdə qalıb sızlamaq da düzgün deyil. Dünya mübarizə dünyasıdır. Çox təəssüflər olsun ki, bu gün Azərbaycanda məlum qüvvələrdə bu mübarizliyi görə bilmirik. Bəzən onlara radikal qüvvələr deyirlər. Radikallıq qüvvənin, ya da fərdin ümumi mahiyyəti ilə bağlı olacaq bir şey deyil. Əgər bir insan düşməninə qarşı radikal ola bilmirsə, loyal münasibət göstərirsə, o, heç bir zaman radikal ola bilməz. Biz həmin qüvvələrdən bu radikallığı görə bilmiriksə, onlara radikal müxalifət deməyin özü doğru deyil. Onlar ən çıxılmaz vəziyyətdə qalanda nəyəsə üzdən fikir bildirməklə keçirlər. Elə Əkrəm Əylisli məsələsini götürək. Bu məsələdə radikal şəkildə nöqtə qoymadılar ki, bu, millətə xəyanətdir, birbaşa erməniyə xidmətdir. Yəni, düşməninə qarşı radikallığı nümayiş etdirə bilmirlərsə, onlara radikal demək doğru yanaşma deyil”. Seymur Həsənli bildirdi ki, dövlətçilik əbədidir: "Onların 2-3 lideri bir yerə yığışıb guya birlik nümayiş etdirirlər. Amma 2005 - ci il parlament seçkilərini və ondan sonrakı dönəmləri təhlil etsək, görərik ki, bu birliklər heç də səmimi deyil. 2005 - ci ilə qədər AXCP ilə Müsavat partiyaları bir yerdə mübarizə aparırdılar. Amma Müsavatdan 4 nəfər millət vəkili seçilən kimi, bir-birilərinə qarşı ən çirkin kampaniyalara əl atdılar. Sonradan da İctiami Palata yaratdılar. Cəmiyyət onların xalqın kiçik qrupunun üzərində qurulmuş oyunlarını görür. Tələb odur ki, milli məsələlərlə bağlı mövqe qoysunlar. Onlar isə bunu etmirlər. Şəxsi qərəzlilik, lider olmaq məsələləri var. Ona görə də 2010 - cu ildən etibarən onların sıralarından kifayət qədər ziyalı ayrılıb”. Mübariz BAYRAMOV/Mövqe qəzeti Geri dön |